İDDİA: İsmayıllıda şagird sinif yoldaşının üzərinə stul atıb? - FOTO

İDDİA: İsmayıllıda şagird sinif yoldaşının üzərinə stul atıb? - FOTO

Hazırda oxunan: İDDİA: İsmayıllıda şagird sinif yoldaşının üzərinə stul atıb? - FOTO
240662
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

İsmayıllı şəhər İsrayıl Həsənov adına 1 saylı tam orta məktəbdə şagirdlər arasında insident yaşandığı iddia edilir.

Bizim.Media "Unikal"a istinadən xəbər verir ki, insident mart ayının 13-də baş verib.

Belə ki, sözügedən tarixdə məktəbin 8A sinif şagirdi Nihad Qədirov sinif yoldaşı Adəm Məlikovun üzərinə stul atıb. Stulun dəmir hissəsi Adəmin əlini yaralayıb. 

Həmin şagirdlərin oxuduğu sinfin rəhbəri, eyni zamanda, məktəbin ingilis dili müəllimi olan Gülnarə Qasımova hadisəni görsə də, uşaqlara tapşırıq verib ki, bu məsələni heç kim bilməsin. Sinif rəhbəri bu barədə Adəmin valideyninə və tibbi yardım göstərilməsi üçün təcili yardıma məlumat verməyib. Adəm isə məktəbdə olarkən xeyli qan itirib.
 

Hadisədən 2 saat sonra sinif rəhbəri şagirdləri evə yollayıb. Daha sonra o, valideynlərin olduğu "WhatsApp" qrupuna hədə-qorxu dolu mesajlar yazıb. G.Qasımova göndərdiyi səs yazısında valideynlərin bu məsələni gizlətməli olduqlarını deyib. Xəsarət alan şagirdə isə bildirib ki, bu barədə kimsə ondan soruşsa, sürüşüb yıxıldığını desin.


Məktəbin direktoru Gündüz Qədirov açıqlamasında bildirib ki, 8A sinfinin rəhbəri Gülnarə Qasımova sözügedən hadisə ilə bağlı ona məlumat verərkən Adəm Məlikovun tənəffüs zamanı yıxılaraq xəsarət aldığını deyib.

İDDİA: İsmayıllıda şagird sinif yoldaşının üzərinə stul atıb? - FOTO - foto 1
İDDİA: İsmayıllıda şagird sinif yoldaşının üzərinə stul atıb? - FOTO - foto 2

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO