Məhkumun bacısı həbsxanaya qadağan edilən əşya keçirmək istədi - FOTO

Məhkumun bacısı həbsxanaya qadağan edilən əşya keçirmək istədi - FOTO

Hazırda oxunan: Məhkumun bacısı həbsxanaya qadağan edilən əşya keçirmək istədi - FOTO
23350
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Penitensiar xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində 7 və 8 saylı cəzaçəkmə müəssisələrinə mobil telefon aparatlarının keçirilməsi cəhdinin qarşısı alınıb.

Xidmətdən Bizim.Media-ya verilən məlumata görə, Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən təqsirli bilinərək 2 il 8 ay 27 gün müddətinə azadlıqdan məhrum edilmiş və hazırda 7 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən məhkum Abbasov Əskər Səftər oğlu ilə qısamüddətli görüşə gəlmiş bacısı Biləsuvar şəhər sakini İbrahimova Ülviyyə Səftər qızı tərəfindən gətirilmiş sovqata baxış keçirilən zaman orada olan sellofan torbanın içərisindəki maykaya bükülərək gizlədilmiş 1 ədəd “Nokia” markalı mobil telefon aparatı aşkar edilib.

Bundan başqa Cinayət Məcəlləsinin 237.2.3 və 177.2.3-cü maddələrinə əsasən təqsirli bilinərək 7 il müddətinə azadlıqdan məhrum edilmiş və hazırda 8 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən məhkum Hacıyev Ceyhun Pirmurad oğluna qohumu Bakı şəhər sakini Qurbanov Yalçın Faiq oğlu tərəfindən göndərilmiş sovqata baxış keçirilən zaman orada olan dəmir qabdakı qatılaşdırılmış südün içərisində xüsusi üsulla gizlədilmiş sellofan bükülüdə daxilində danışıq kartı olan 1 ədəd “Samsung” markalı mobil telefon aparatı aşkar edilib.

Hər iki faktla bağlı araşdırma aparılır.

Bizim.Media

Məhkumun bacısı həbsxanaya qadağan edilən əşya keçirmək istədi - FOTO - foto 1
Məhkumun bacısı həbsxanaya qadağan edilən əşya keçirmək istədi - FOTO - foto 2

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO