Xarici blogerlərin azad olunmuş torpaqlarımıza SƏFƏRİ – FOTOLAR

Xarici blogerlərin azad olunmuş torpaqlarımıza SƏFƏRİ – FOTOLAR

Hazırda oxunan: Xarici blogerlərin azad olunmuş torpaqlarımıza SƏFƏRİ – FOTOLAR
23172
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumunun Bakıda yerləşən Avrasiya üzrə Regional Mərkəzinin dəstəyi ilə həyata keçirilən "Show me Azerbaijan" layihəsi çərçivəsində Azərbaycana səfər edən xarici blogerlərin işğaldan azad olunmuş torpaqlara səfəri davam edib.

Belə ki, Ağdama səfər edəndən sonra xarici blogerlər Cəbrayıl rayonunda yerləşən tarixi qədim Xudafərin körpüsündə olublar və körpünün tarixi və əhəmiyyəti ilə bağlı paylaşımlar ediblər.

Dünən isə Füzuli şəhərinə və rayonun Qarğabazar kəndinə səfər edən blogerlər işğal zamanı dağıntılara və təhqirlərə məruz qalan 17 – ci  əsrə aid tarixi karvansaray və dini məkanlarla tanış olublar.
 

MÖVZU İLƏ BAĞLI:

Əcnəbi blogerlərin Ağdam səfəri başa ÇATDI 


Bizim.Media xəbər verir ki, blogerlərin səfəri Qəbələ, İsmayıllı və Şamaxı daxil olmaqla daha iki gün davam edəcək.

Səfərdə Şimali Amerika və Avrasiya da daxil olmaqla, 8 ölkədən ümumilikdə, 12 bloger iştirak edir.

Layihənin təşkil edilməsində məqsəd azad edilmiş ərazilərdə mövcud olan vəziyyəti, Ermənistan tərəfindən törədilmiş kütləvi dağıntılar və insanlığa qarşı cinayətləri, eləcə də Azərbaycan mədəniyyətini və ölkəmizdə mövcud olan unikal multikulturalizm mühitini və ənənələrini beynəlxalq ictimaiyyətə nümayiş etdirməkdir.

Səfər çərçivəsində dəvət edilən blogerlərin sosial mediadakı izləyicilərinin sayı 10 milyon nəfərdən artıqdır.

Bizim.Media

Xarici blogerlərin azad olunmuş torpaqlarımıza SƏFƏRİ – FOTOLAR - foto 1
Xarici blogerlərin azad olunmuş torpaqlarımıza SƏFƏRİ – FOTOLAR - foto 2
Xarici blogerlərin azad olunmuş torpaqlarımıza SƏFƏRİ – FOTOLAR - foto 3
Xarici blogerlərin azad olunmuş torpaqlarımıza SƏFƏRİ – FOTOLAR - foto 4
Xarici blogerlərin azad olunmuş torpaqlarımıza SƏFƏRİ – FOTOLAR - foto 5
Xarici blogerlərin azad olunmuş torpaqlarımıza SƏFƏRİ – FOTOLAR - foto 6
​​​​​​​

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO