Azərbaycana elektrikli təcili yardım avtomobilləri gətiriləcək

Azərbaycana elektrikli təcili yardım avtomobilləri gətiriləcək

Hazırda oxunan: Azərbaycana elektrikli təcili yardım avtomobilləri gətiriləcək
216473
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

“Azərbaycana 5 ədəd tam elektrikli təcili yardım avtomobili gətiriləcək”.

Bizim.Media xəbər verir ki, bunu Təcili və Təxirəsalınmaz Tibbi Yardım Xidmətinin təkmilləşdirilməsinə dair brifinqdə TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov bildirib.

O qeyd edib ki, müasir tibbi avadanlıq kompleksləri ilə təchiz olunmuş 80 ədəd təcili tibbi yardım avtomobilinin satın alınması məqsədilə dövlət satınalmalarına başlanılıb:
 

“Satın alınması nəzərdə tutulmuş avtomobillər texniki spesifikasiyasına görə sadə, differensiallı, standart və reanimobil təcili tibbi yardım maşınları olacaq. Bunlardan 5 ədədi tam elektrikli avtomobillərdir. Tam elektrikli təcili tibbi yardım avtomobillərinin texniki spesifikasiyasına gəlincə, onların daxili təchizatına tibbi avadanlıqlarla təminat daxildir”.


V.Qurbanov əlavə edib ki, 2024-cü il istehsallı ambulanslar sürətli şarj olunma qabiliyyəti, həyəcan işıqlanma siqnalları sistemi, tibbi təyinatlı cihaz, avadanlıqlarla təchizat üçün funksionallıq, eləcə də arakəsmə və dolablarla təchiz edilmə kimi xüsusiyyətlərə malikdir.

Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO