Əlilliyi olan şəxslərlə bağlı MÜHÜM AÇIQLAMA – FOTO 

Hazırda oxunan: Əlilliyi olan şəxslərlə bağlı MÜHÜM AÇIQLAMA – FOTO 

186807

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən bu ilin ilk rübündə əlilliyi olan şəxslərə 28,9 min reabilitasiya vasitəsi verilib.

Bizim.Media xəbər verir ki, bu barədə nazirlik məlumat yayıb.

Məlumata görə, onlardan 2,8 mini təkərli oturacaq, 563-ü aşağı və yuxarı ətraf protezi, 698-i qoltuqaltı və dirsəkaltı ağac, 688-i eşitmə aparatı olub.
Həmçinin əlilliyi olan şəxslərə 769 cüt protez ayaqqabı, 1351 cüt ortopedik ayaqqabı, 23 korset və s. reabilitasiya vasitələri təqdim olunub.

Yanvar-mart aylarında ümumilikdə 4,3 min nəfər əlilliyi olan şəxs reabilitasiya vasitəsi ilə təmin edilib.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO