Xocavənddəki qəzada xəsarət alanlar Bərdə rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib - FOTO

Hazırda oxunan: Xocavənddəki qəzada xəsarət alanlar Bərdə rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib - FOTO

185386

Xəbər verdiyimiz kimi işğaldan azad olunan Xocavənd rayonu ərazisində yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Bizim.Media AZƏRTAC-a istinadən xəbər verir ki, hadisə saat 18 radələrində Xocavənd rayonu Cəmiyyət kəndi ərazisində qeydə alınıb. Pənah Quliyevin idarə etdiyi "Mercedes" markalı mikroavtobus idarəetmədən çıxaraq aşıb. 
 

MÖVZU İLƏ BAĞLI:

SON DƏQİQƏ: Xocavənddə fəhlələri daşıyan avtomobil aşıb, 8 nəfər yaralanıb


Hadisə nəticəsində xəsarət alanlar Bərdə rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupunun baş inspektoru, polis kapitanı Aslan Qiyaslı faktı təsdiqləyib. Bildirilib ki, faktla bağlı Xocavənd Rayon Polis Şöbəsində araşdırma aparılır.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO