BİZİM TƏQVİM: 4 martda baş vermiş tarixi hadisələr

BİZİM TƏQVİM: 4 martda baş vermiş tarixi hadisələr

Hazırda oxunan: BİZİM TƏQVİM: 4 martda baş vermiş tarixi hadisələr

180796

4 mart 1971-ci ildə Akademik Mirməmməd Cavadzadənin rəhbərliyi ilə ilk dəfə xəstəyə böyrək köçürülüb. Bu hadisə nəinki Azərbaycanda, eləcə də Cənubi Qafqazda və Yaxın Şərqdə ilk böyrəkköçürmə əməliyyatı kimi tarixə düşüb.

Bəs, martın 4-də daha hansı hadisələr baş verib?

1. 4 mart 1877-ci ildə  Amerikalı ixtiraçı Emil Berliner mikrofonu kəşf edib.

2. 1877-ci ilin 4 mart tarixində Rusiyanın paytaxtı Moskada Böyük Teatr səhnəsində tanınmış rus bəstəkarı Pyotr Çaykovskinin “Sonalar gölü” baletinin premyerası oldu. Amma o zaman uğurlu hesab edilməyən əsər repertuardan qaldırıldı. Bundan sonra P.Çaykovski öz musiqisini zəif hesab edərək 12 il heç bir balet yazmadı.   

3. 1882-ci ilin bu günü Böyük Britaniyada ilk elektrik tramvayı xəttə buraxıldı.

4. Tarixə “Son Osmanlı xəlifəsi” olaraq düşən Sultan Əbdülməcid və Osmanlı xanədanı üzvləri 1924-cü ilin 4 mart günü ölkə xaricinə çıxarıldı.

5. “Happy Birthday to You” mahnısı 1924-cü ilin bu günü ilk dəfə Kleyton F.Summi tərəfindən yayıldı.  Artıq “Happy Birthday to You" müxtəlif dillərdə ad günləri mərasimlərində oxunan ümumi mahnıya çevrilib.

6. 1955-ci ilin mart ayının 4-də  Yaponiyanın “Sony” şirkəti ilk tranzistorlu cib radioqəbuledicisinin istehsalına başlayıb.

7. 1981-ci ildə Erməni Terror Təşkilatı “ASALA”nın üzvləri növbəti cinayət əməlini törədərək Fransanın paytaxtı Parisin mərkəzində 3 Türkiyə diplomatını qətlə yetirdilər.

8. İspaniyadan inkvizisiya təzyiqindən qaçaraq Osmanlı imperatorluğuna sığınan yəhudilər 1992-ci ilin 4 martında Türkiyəyə gəlişlərinin 500-cü ildönümünü qeyd etdilər.
9. 4 mart 1997-ci ildə Amerika Birləşmiş Ştatlarının prezidenti Bill Kinton “insan klonlama tədqiqatı”na qadağa qoydu.

10. 2006-cı ilin bu günündə  "Odnoklassniki" sosial şəbəkəsi fəaliyyətə başladı.

4 martda həm də bu şəxsiyyətlər xatırlanır:

1. Əyyubilər dövlətinin qurucusu, səlibçilərin hücumlarına qarşı duran qəhrəman Səlahaddin Əyyubinin xatirə günüdür. O, 1193-cü ilin 4 martında dünyadan köçüb. 

2. Məhşur İtaliya bəstəkarı Antonio Vivaldi 1678-cı ilin bu günü Venesiyada anadan olub. Vivaldinin yaradıcılığı dünya musiqi xəzinəsinin qiymətli inciləri sayılır (1678- 1741).

3. Müasir Azərbaycan tarının yaradıcısı kimi adını incəsənət tarixinə yazdıran, Sadıqcan adı ilə tanınan Sadıq Əsəd oğlu 1846-cı ilə Qarabağın mərkəzi Şuşada anadan olub. 

4. Uşaq yaşlarından tütək, ney, kamança çalmağı öyrənən Sadıqcan bir qədər sonra məhşur tarzən Mizrə Əli Əsgər Qarabağidən tar dərsi alıb. Getdikcə bu alətdə ifaçılığını təkmilləşdirib və bugünkü Azərbaycan tarının yaradıcısı olub (1846-1902).

5. 4 mart məhşur Azərbaycan milyonçusu, sahibkar Musa Nağıyevin xatirə günüdür. (1842-ci ildə anadan olub.)  Onun Abşeronda 30-dan çox neft mədəni var idi.  Bakıda bir çox memarlıq abidəsi, o cümlədən, oğlunun xatirəsinə “İsmailiyyə” adlandırdığı indiki Elmlər Akademiyası Rəyasət Heyətinin və İncəcənət Muzeyinin Monumental binalarını o tikdirib. Neft milyonçusu Musa Nağıyev 1919-cu ilin bu günü 77 yaşında həyatdan köçüb (1842-1919).

6. 4 mart 1919-cu ildə  görkəmli aktyor, rejissor Hüseyn Ərəblinski (1881-1919) qətlə yetirilib. Azərbaycanın professional teatr sənətinin banilərindən biridir. “Müsəlman artistləri” cəmiyyətində, “Nicat” teatr cəmiyyətində çalışıb. 1916-cı ildə “Neft və milyonlar səltənətində” filmində Lütfəli bəy rolunu oynayıb.

7. 4 mart 2022-ci ildə Əməkdar rəssam, tanınmış heykəltəraş Albert Zaman oğlu Mustafayev (26.1.1931 – 2022) vəfat edib.

Surxay Atakişiyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO