Tikintisi davam edən binalardan ev alanlar aldanmamaq üçün nələrə DİQQƏT ETMƏLİDİRLƏR?

Tikintisi davam edən binalardan ev alanlar aldanmamaq üçün nələrə DİQQƏT ETMƏLİDİRLƏR?

Hazırda oxunan: Tikintisi davam edən binalardan ev alanlar aldanmamaq üçün nələrə DİQQƏT ETMƏLİDİRLƏR?

180481

Ölkəmizin mənzil bazarında yeni tikilən binalara xüsusi maraq var. Bu maraq o qədər güclüdür ki, bəzi insanlar tikintisinə yeni başlanılan binalardan da mənzil almaq üçün müraciət edirlər.

Amma bir məsələ var ki, tikilməkdə olan mənzillərin Dövlət Reyestrindən çıxarışı olmur. Bununla belə, tikilməkdə olan binalarda mənzillər hazır binalardakı mənzillərdən xeyli ucuz olur. Ona görə də alıcılar bir qədər riskə gedib, tikintisi başa çatmayan binalardan mənzil alırlar.

Lakin bəzi hallarda binaların tikintisi vəd olunan vaxtda sona çatmır. Bəzən isə bir mənzilin bir neçə nəfərə satılması kimi xoşagəlməz hallar da baş verir.

Bəs, aldanmamaq üçün nələrə diqqət edilməlidir?

Məsələ ilə bağlı Bizim.Media-ya açıqlama verən hüquqşünas Şaiq Mirzəyevin sözlərinə görə, mövcud məsələ ilə bağlı tez-tez narazılıqlar ortaya çıxır:

“Bu narazılıqların olmaması üçün hətta Baş Prokurorluq iki ay öncə tikintisi davam etdirilən və ya istismarına icazə verilməmiş çoxmənzilli binalardan mənzil almaq istəyən şəxslərə tövsiyələr ünvanlayıb. Həmin tövsiyələrdə bildirilir ki, tikintisi davam etdirilən və ya istismarına icazə verilməmiş çoxmənzilli binalardan mənzil alan vətəndaşlar gələcəkdə ehtimal olunan qanunpozuntuları ilə rastlaşmamaq və ya cinayətin qurbanı olmamaq üçün tikinti şirkətindən bəzi sənədləri tələb etməlidirlər.

Bunlar binanın yerləşdiyi torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı, alqı-satqı prosesində iştirak edəcək tikinti şirkətinin vəzifəli şəxsinin şəxsiyyətini, vəzifəsini, habelə mənzil satışını həyata keçirmək səlahiyyətinə malik olmasını təsdiq edən sənədlər, MTK binasında yaşayış  sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarıdır”.
Həmsöhbətimiz onu da əlavə etdi ki, alıcı tikinti prosesinin mərhələsindən asılı olaraq, yaşayış binası və mənzilə dair digər sənədlər, habelə kommersiya sirri təşkil edən məlumatlar istisna olmaqla nizamnamə və digər təsis sənədləri də tələb etməlidir:

“Bütün deyilən sənədləri yerində olan MTK-dan ev alan heç bir vətəndaşı gələcəkdə təbii ki, heç bir xoşagəlməz hadisə gözləmir”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO