İsveçrədə azərbaycanlıların etiraz aksiyası zamanı təxribata əl atılıb - FOTO/VİDEO

İsveçrədə azərbaycanlıların etiraz aksiyası zamanı təxribata əl atılıb - FOTO/VİDEO

Hazırda oxunan: İsveçrədə azərbaycanlıların etiraz aksiyası zamanı təxribata əl atılıb - FOTO/VİDEO
175389
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

İsveçrənin Cenevrə şəhərində azərbaycanlıların etiraz aksiyası zamanı təxribata əl atılıb.

Bizim.Media xəbər verir ki, aksiya zamanı İkinci Qarabağ müharibəsində ermənilər tərəfində vuruşduğunu deyən bir nəfər şəxs soydaşlarımıza qarşı münaqişəyə girməyə, erməni yalanlarını söyləməyə, ölkəmizə qarşı layiq olmayan fikirlər yaymağa cəhd göstərib. Lakin təxribatın qarşısı alınıb.

Özünü erməni kimi təqdim edən şəxsin cəhdlərinə baxmayaraq, soydaşlarımız aksiyanı dayandırmayıblar. Məqsədinə çatmayan şəxs aksiya keçirilən yeri tərk etməyə məcbur olub.

Qeyd edək ki, İsveçrədəki Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə soydaşlarımız Millətlər Təşkilatının Cenevrə ofisinin qarşısında aksiyanı davam etdirirlər. Aksiya iştirakçılarının məqsədi Avropa ictimaiyyətinə Ermənistandan Qarabağdakı mina sahələrinin xəritələrini verməyi tələb etməsi üçün çağırışlar edirlər. "Mina sahəsi" adlı eksklusiv təlimlər keçirilir və sakinlərə Azərbaycan ərazilərinin Ermənistan tərəfindən minalanmasına dair ətraflı məlumatlar verilir, bu mövzuda əvvəlcədən jazırlanmış flayerlər paylanılır.

Minalanmış Azərbaycan ərazilərini əks etdirən "Mina sahəsi" adlanan ekskluziv təlim oyununda çoxlu sayda İsveçrə sakini, həmçinin ölkəni səyahət edən turistlər iştirak ediblər.
 


İsveçrədə azərbaycanlıların etiraz aksiyası zamanı təxribata əl atılıb - FOTO/VİDEO - foto 1
İsveçrədə azərbaycanlıların etiraz aksiyası zamanı təxribata əl atılıb - FOTO/VİDEO - foto 2

Bizim.Media
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO