Xankəndidə meteoroloji stansiya QURAŞDIRILACAQ 

Xankəndidə meteoroloji stansiya QURAŞDIRILACAQ 

Hazırda oxunan: Xankəndidə meteoroloji stansiya QURAŞDIRILACAQ 

175213

"2025-2026-cı illərdə də avtomat hidroloji və meteoroloji stansiyaların alınaraq quraşdırılması nəzərdə tutulub”. 

Bizim.Media xəbər verir ki, bunu ekoloji məsələlər üzrə işçi qrupun Zəngilanda keçirilən iclasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin rəis müavini Əkbər Əsgərov deyib. 

O bildirib ki, avtomat hidroloji stansiyaların Qarqarçayın Xankəndi şəhərindən keçən hissəsində, Xaçınçayın Ağdərə rayonu, Zabuxçayın Laçın, Tərtərçayın Suqovuşan və Sərsəng su anbarlarının girişində quraşdırılması nəzərdə tutulub:

“Avtomat meteoroloji stansiyalar isə Xocavənd, Ağdərə, Xankəndi və Qubadlı rayonlarının ərazisində quraşdırılacaq". 

O xatırladıb ki, 2021-ci ildə işğaldan azad edilmiş ərazilərdən keçən 10 çay üzərində 11 avtomat hidroloji stansiya, transsərhəd çaylar üzərində isə keyfiyyət sensorları quraşdırılıb.

"Eyni zamanda, Şuşa şəhərində, Zəngilan rayonunun Mincivan qəsəbəsində, Füzuli şəhərində, Ağdam şəhərində və Kəlbəcər rayonunun İstisu qəsəbəsində avtomat meteoroloji stansiyalar quraşdırılıb. Avtomat meteoroloji və avtomat hidroloji stansiyalardan alınan məlumatlar Milli Hidrometeorologiya Xidmətində serverdə toplanır və vizuallaşması təmin olunur", - deyə o qeyd edib. 
Əkbər Əsgərov vurğulayıb ki, 2024-cü ildə bir dəst dopler hava radarı və aeroloji stansiyanın alınması nəzərdə tutulub. O əlavə edib ki, dopler radarın Şuşa, aeroloji stansiyanın isə Füzuli şəhərində quraşdırılması nəzərdə tutulub. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO