“Kontakt” bu il Azərbaycanda 20 yeni mağaza açacaq

“Kontakt” bu il Azərbaycanda 20 yeni mağaza açacaq

Hazırda oxunan: “Kontakt” bu il Azərbaycanda 20 yeni mağaza açacaq

173434

“Kontakt” mağazalar şəbəkəsi 2024-cü ilə sevindirən yeniliklərə start verir. Belə ki, ölkənin ən aparıcı pərakəndə satış şəbəkələrindən olan “Kontakt” il ərzində mağazalarının sayını 60-a qədər çatdırmaqla hamı üçün əlçatan olmağı hədəfləyib.

Sevindirən missiyasını yaxın vaxtda Balakən, Tovuz, SabirabadQusarda yerinə yetirəcək şəbəkə ilin sonunadək həm Bakıda, həm də regionlarda ümumilikdə 20-ə yaxın mağazasını təqdim edəcək. Əlavə olaraq, hər kəsin çox sevdiyi mağazaların bəziləri də yenilənmiş formatda ziyarətçilərin istifadəsinə veriləcək.

Qeyd edək ki, şəbəkənin məqsədi ölkənin hər nöqtəsində insanlara ev üçün lazım hər şeyi əlverişli şərtlərlə əldə etmək fürsəti yaratmaqdır. Yeni açılacaq mağazalarda da müştərilər 30 000-dən çox məhsul çeşidi ilə tanış ola biləcək.

“Kontakt” hal-hazırda “Samsung”, LG, “Bosch”, “Tefal”, “Huawei”, “Sony”, “Panasonic”, “Delonghi Group”, “Electrolux”, “Thomas”, “Beurer”, “Bang & Olufsen”, “Karcher”, “Beko”, “H Gala”, “Cassore”, “Schafer”, TAÇ, “Simge mobilya” kimi 40-dan çox beynəlxalq brendin rəsmi distribütoru; “Scafer”, “Oppo”, “Toshiba”, “Intel”, “Black&Decker”, “Hoffmann”, “Blackview”, “Kieslect”, “Etias”, “Viper”, “Dark Project”, “Blizzard”, SBS, “Energy Sistem”, “Defunc” və “Urbanista” kimi beynəlxalq brendlərin Azərbaycanda eksklüziv distribütoru; “Apple” brendinin isə rəsmi satış mərkəzidir. Şəbəkə bir sıra digər dünya brendi ilə də tərəfdaşlığa başlamaqla sözügedən siyahını bu il daha da genişləndirməyi planlayır.

Bütün yeniliklərdən xəbərdar olmaq üçün şəbəkənin sosial media hesablarını izləyə, sizə yaxın olan mağazanı isə buradan tapa bilərsiniz.

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO