Ağdam Zəfər Muzeyində dağıdılmış binaların daşlarından istifadə olunacaq

Ağdam Zəfər Muzeyində dağıdılmış binaların daşlarından istifadə olunacaq

Hazırda oxunan: Ağdam Zəfər Muzeyində dağıdılmış binaların daşlarından istifadə olunacaq
169772
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Ağdamda inşa ediləcək İşğal və Zəfər Muzey Komplekslərində xüsusi tağvari hasar tikiləcək. 

Bizim.Media xəbər verir ki, bunu Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad olunmuş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin məsləhətçisi Faiq Hacıyev "Mədəni İrs" Forumunun "Mədəni irs və müasir memarlıq- şəhərsalma prinsipləri" panelində çıxışı zamanı deyib. 

"Bu tağvari hasarın inşasında Ağdamda dağıdılmış binaların daşları istifadə olunacaq. Bunun da, aydın məsələdir ki, mənəvi əhəmiyyəti var. Bu daşlar tarixin yaddaşını yaşadan daşlardır". 

O, Füzulidə Zəfər yolunun kənarında yaşayış binalarının salındığını əlavə edib:

"Belə ki, 846 mənzildən ibarət birinci yaşayış məhəlləsində yaxın aylar ərzində tikinti işlərinin yekunlaşması gözlənilir". 

Faiq Hacıyev "Böyük Qayıdış" planına uyğun olaraq 2026-cı ilə qədər Qarabağ iqtisadi rayonu üzrə Ağdamda 1 şəhər 12 kənd, Füzulidə 1 şəhər 10 kənd, Xocavənd rayonu Hadrut qəsəbəsi Tuğ kəndi layihələndirilərək inşa ediləcəyini vurğulayıb. 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO