İşsizliyə görə müavinət üçün tələb olunan staj müddəti azaldılır - RƏSMİ 

İşsizliyə görə müavinət üçün tələb olunan staj müddəti azaldılır - RƏSMİ 

Hazırda oxunan: İşsizliyə görə müavinət üçün tələb olunan staj müddəti azaldılır - RƏSMİ 
162897
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

“Azərbaycanda işsizlikdən sığorta pulu alanlar üçün staj müddəti azaldılır”. 

Bizim.Media xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev parlamentdə “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib. 

“Cəmi 24 ay sığorta stajı olan şəxs öz iradəsindən kənar işsiz qaldıqda vəsaiti ala biləcək. Əvvəl isə bu müddət 3 il idi. Biz bir sıra fors-major halları da əhatə etməyə çalışırıq. İşsizlikdən sığorta mexanizminin bir az da genişləndirilməsi üçün imkanlar yaradılıb. Növbəti ildən sözügedən kateqoriyaya daxil olan şəxslərin sayını biraz da artıra biləcəyik”, - deyə o qeyd edib. 

Bundan başqa, nazir deyib ki, son 5 ildə işəgötürənlər 700 mindən çox vakansiyanı elektron portallara yerləşdiriblər:  

"Bunun da 70 %-i son iki ilin payına düşüb. Növbəti dövrlərdə bu say daha da artacaq”.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO