Bakıda bu müəssisənin fəaliyyəti məhdudlaşdırıldı - FOTO

Bakıda bu müəssisənin fəaliyyəti məhdudlaşdırıldı - FOTO

Hazırda oxunan: Bakıda bu müəssisənin fəaliyyəti məhdudlaşdırıldı - FOTO
16204
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkə ərazisində qanunvericiliyin tələbləri çərçivəsində qida təhlükəsizliyinin təmin edilməsi, istehlakçı hüquqlarının müdafiəsi sahəsində tədbirləri davam etdirir.

AQTA-dan Bizim.Media-ya verilən məlumata görə, Agentlik əməkdaşları tərəfindən Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu ŞTQ, Qambay Vəzirov küçəsi, döngə 2 ünvanında fəaliyyət göstərən fiziki şəxs Osman Umurxan oğlu Osmanova məxsus şəkərli qənnadı məmulatlarının istehsalı müəssisəsində yoxlama həyata keçirilib.
 

MÖVZU İLƏ BAĞLI:

Bu məşhur kafe və restoranlar cərimələndi


İlkin baxış zamanı müəssisənin sanitar-gigiyenik qaydalara və qida təhlükəsizliyinə dair normativ aktlara əməl etmədən fəaliyyət göstərdiyi məlum olub.

Yoxlama zamanı müəssisədə istifadə edilən xammalların minimum keyfiyyət və təhlükəsizliyini təsdiq edən müşayiətedici sənədlərin olmadığı, həmçinin hazırlanan qidaların mikrobioloji və fiziki çirklənməyə məruz qalma riskinin olduğu müəyyən edilib.

Məlum olub ki, təmizlik inventarlarının, yuyucu vasitələrin və dezinfeksiyaedici məhlulların saxlanılması normalara uyğun olaraq aparılmadığından müəssisədə kimyəvi çirklənmə təhlükəsi riski mövcuddur.

Müəssisədə istehsal olunan qənd və marmelad məhsullarından nümunələr götürülərək AQTİ-nin müvafiq laboratoriyasına təqdim edilib.

Təqdim edilən marmelad məhsulunun normativ texniki sənədlərin tələblərinə cavab vermədiyi məlum olub və həmin partiya məhsulun məhv olunması barədə qərar qəbul edilib.

Aşkar edilmiş nöqsanlarla bağlı qanunvericiliyə uyğun olaraq, şəkərli qənnadı məmulatlarının istehsalı müəssisəsinin fəaliyyəti məhdudlaşdırılıb.

Bizim.Media

Bakıda bu müəssisənin fəaliyyəti məhdudlaşdırıldı - FOTO - foto 1
Bakıda bu müəssisənin fəaliyyəti məhdudlaşdırıldı - FOTO - foto 2
Bakıda bu müəssisənin fəaliyyəti məhdudlaşdırıldı - FOTO - foto 3
Bakıda bu müəssisənin fəaliyyəti məhdudlaşdırıldı - FOTO - foto 4

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO