Hikmət Hacıyevin 44 yaşı tamam olur

Hikmət Hacıyevin 44 yaşı tamam olur

Hazırda oxunan: Hikmət Hacıyevin 44 yaşı tamam olur

159998

Bu gün Prezidentin köməkçisi, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin 44 yaşı tamam olur. 

Bizim.Media xatırladır ki, Hikmət Fərhad oğlu Hacıyev 15 oktyabr 1979-cu ildə Gəncə şəhərində anadan olub. 

O, Gəncədəki 24 saylı orta məktəbi bitirib, sonra Bakı Dövlət Universitetinin Beynəlxalq Münasibətlər və Beynəlxalq Hüquq fakültəsinin bakalavr və magistr pillələrində ali təhsil alıb. Hacıyev NATO-nun Müdafiə kolleci, Təhlükəsizlik məsələlərinin tədqiqi üzrə Corc Marşal Mərkəzi və Belçikanın ULB Universitetinin magistr pilləsinin məzunudur.

Hikmət Hacıyev 2000-ci ildən Azərbaycan Xarici İşlər Nazirliyi ‎sistemində çalışır. Müxtəlif illərdə o, Azərbaycanın NATO ‎nümayəndəliyində, Azərbaycanın Küveyt və Misirdəki səfirliklərində vəzifə alıb. 2014-2018-ci illərdə Hacıyev Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat ‎Xidmətinin rəhbəri vəzifəsində işləyib.

Bizim.Media
 

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO