İrandakı səfirliyimizə hücum zamanı şəhid olan Orxan Əsgərovun qızı tələbə OLDU 

İrandakı səfirliyimizə hücum zamanı şəhid olan Orxan Əsgərovun qızı tələbə OLDU 

Hazırda oxunan: İrandakı səfirliyimizə hücum zamanı şəhid olan Orxan Əsgərovun qızı tələbə OLDU 

153057

Bu il yanvar 27-də Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfirliyinə silahlı hücumu zamanı şəhid olan Orxan Əsgərovun qızı da tələbə adını qazanıb. 

Bizim.Media-nın yerli bürosunun məlumatına görə, Şəhidin övladı, Aysu Orxan qızı Əsgərli Türkiyədə Uludağ Universitetinin Tibb fakültəsinə qəbul olub. 

Burada Aysu tam təqaüdlə oxuyacaq. 

Qeyd edək ki, Gəncə şəhərində dünyaya göz açan Orxan Əsgərov ölkəmizin İran İslam Respublikasındakı səfirliyinə silahlı hücum zamanı şəhid olub. O, İkinci Şəhidlər Xiyabanında dəfn edilib.

Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO