Zaur Kamalı hansı cəza gözləyir? – VİDEO 

Zaur Kamalı hansı cəza gözləyir? – VİDEO 

Hazırda oxunan: Zaur Kamalı hansı cəza gözləyir? – VİDEO 
138104
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Ötən gün tanınmış aparıcı Zaur Kamalın yol hərəkəti qaydasını pozduğu iddia edilən videosu paylaşılıb.

Yayılan məlumata görə hadisə mayın 24-də, paytaxtın Landau küçəsində qeydə alınıb. Belə ki, Zaur Kamal idarə etdiyi 10-VL-101 qeydiyyat nişanlı “Porsche” markalı avtomobillə Hüseyn Cavid parkının qarşısında (Vergilər Nazirliyinin qarşısında) ikinci cərgədə dayanaraq yolu zəbt edib. O, tanışı ilə yarım saata yaxın söhbət edərək dayanma-durma qaydasını pozub.

Bəs, bu qayda pozuntusuna görə Zaur Kamalı hansı cəza gözləyir?

Məsələyə nəqliyyat üzrə ekspert Elmmədin Muradlı aydınlıq gətirib. Bizim.Media-ya açıqlamasında o bildirib ki, aparıcı ikinci cərgədə avtomobilini saxlamaqla İnzibati Xətalar Məcəlləsinin tələbini pozub:

“İnzibatı Xətalar Məcəlləsinə əsasən Zaur Kamal 20 manat cərimələnə bilər”.
 


Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO