
- A-
- A
- A+
Cəmiyyət
11:24 / 06.05.2016
3 dəq oxunma
Məhkəmələr alimentlə bağlı mütləq qərar verəcək...
Hazırda oxunan: Məhkəmələr alimentlə bağlı mütləq qərar verəcək...
135402
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın
Google-da bizim.media-ya abunə ol
Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin
Abunə ol
Azərbaycanda məhkəmələr boşanma zamanı uşaqların hansı valideynin yanında qalnması və alimentlə bağlı mütləq qərar verəcək.xa0
Moderator.az xəbər verir ki, bununla bağlı Ailə Məcəlləsinə dəyişiklik layihəsi təklif edilib. Prezident İlham Əliyevin təşəbbüsü ilə Milli Məclisə daxil olan dəyişiklik layihəsi parlamentin Ailə, qadın və uşaq məsələləri, Əmək və sosial siyasət, eləcə də Gənclər və idman komitələrinin bugünkü birgə iclasında müzakirəyə çıxarılıb.xa0
Müzakirəyə çıxarılan Ailə Məcəlləsinə edilən dəyişikliklərlə bağlı məlumat verən Ali Məhkəmnin hakimi Vəfaəddin İbayev deyib ki, ailə münasibətləri hər bir cəmiyyətdə qorunur, həminin, ailənin möhkəmliyi Konstitusiya ilə təmin olunur.
Azərbaycan xalqının da tarixən gözəl ailə ənənələrinə malik olduğunu xatırlan V. İbayev eyni zamanda təəssüf hissilə bildirib ki, son 15-20 ildə ölkədə nikahların pozulması halları Azərbaycan ailəsinin möhkəmliyi xüsusiyyətlərinə cavab vermir, xa0yəni, nikahların pozulması halları artır, məhkəmə çəkişmələri, aliment məsələləri ortaya çıxır.
"Sovetlər dövründə alimentlərlə bağlı məhkmə qətnamələrinin dərhal icraya yönəldilməsini nəzərdə tutan norma vardı. Ancaq son illərə kimi aliment bağlı birinci instansiya məhkəməsinin qətnaməsindən sonra nikahları pozulan cütlüklərə aliment məsələsi ilə bağlı yuxarı instansiya məhkəmələrinə müraciət, şikayət etmək hüququ verilmişdi və bu da haradasa ən azı 6-7 ay çəkirdi.
xa0Bu müddətdə də xa0uşaqlara alimentlərin ödənilməsi məsələsində əlavə problemlər yaranırdı və bundan da ilk növbədə uşaqlar əziyyət çəkməli olurdu.xa0
Ona görə Ali Məhkəmənin Plenumu xa0belə bir təklif çıxış edir ki, birinci instansiya məhkəməsinin qətnaməsindən sonra alimentin tutulması dərhal təmin edilsin. Yəni, bundan sonra tərəflər yenidən yuxarı instansiya məhkəmələrinə müraciət edə bilərlər", deyə V. İbayev vurğuladı.
xa0V. İbayev əlavə etdi ki, boşanma zamanı tərflərdən biri alimentlə bağlı müraciət etməyibsə belə, məhkəmə mütləq aliment məsələsi ilə bağlı qərar verməlidir: “Məhkəmə hətta alimentin miqdarını da müəyyəne tməlidir. Belə ki, əgər xa0aliment verəcək valideyn işləmirsə bir miqdar, yox əgər bir müddət sonra amliyyə imkanı yaxşılaşarsa, o zaman başqa bir miqdar təyin etməlidir və ya əksinə.Yəni əvvəl yaxşı maliyyə imkanına malik idi, sonradan işini itirib və maliyyə imkanı azalıbsa, o zaman alimintin miqdarlını azaltmalıdır.”x9d
xa0Bununla bağlı olaraq xa0Məcəllənin 112.1-ci maddəsinə "boşanma ilə bağlı qətnamə qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir" cümləsi əlavə edilib.
V. İbayev onu da əlavə etdi ki, əgər xa0boşanma zamanı xa0cütlüklər uşaqların kimin yanında qalmasını müəyyən etmçəyiblər və bunu tələb kimi xa0irəli sürməyiblərsə, belə məhkəmə mütləq uşağın kimin yanında qalması ilə bağlı qərar verməlidir ki, sonradan ortaya problem çıxmasın.
Bununla bağlı Ailə xa0Məcəllənin 22.2.1-ci maddəsi yeni redaksiyada verilir. “ Belə ki, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qaldığını müəyyən etməli, əgər uşaq həmin valideynin yanında deyildirsə, onun digər valideyndən alınıb yanında qalması müəyyən edilən valideynə verilməsi məsələsi həll edilməlidir.
xa0V. İbayev onu da əlavə etdi ki, Məcəllənin xa0180.1 maddəsinə edilən dəyişiklik barədə məlumat verərk deyib ki, Bu maddə edilən dəyişikliyə əsasən müvafiq icra hakimiyyəti orqanı nikahın pozulması haqqında qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsindən çıxarış daxil olduqdan sonra nikahın pozulmasını dövlət qeydiyyatını aparır. 180.2. Nikahın pozulması qeydə alındıqdan sonra bu barədə şəhadətnamə almış şəxs yeni nikah bağlaya bilər.xa0
Qeyd edək ki, Məcəlləyə təklif edilən dəyişikliklər layihəsi parlamentin plenar iclasına tövsiyə olunub.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
XƏBƏR LENTİ
Bugün

































































































