Devid Bekhem ABŞ Şöhrət Zalına daxil ediləcək

Devid Bekhem ABŞ Şöhrət Zalına daxil ediləcək

Hazırda oxunan: Devid Bekhem ABŞ Şöhrət Zalına daxil ediləcək
647614
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

İngiltərə millisinin sabiq futbolçusu Devid Bekhem ABŞ Futbolunun Şöhrət Zalına daxil ediləcək.

Bizim.Media xəbər verir ki, bu barədə MLS-in rəsmi saytı məlumat yayıb. İngiltərə millisinin sabiq futbolçusu 2027-ci ildə Şöhrət Zalına qəbul olunacaq.

Mərasim gələn il aprelin 16-da Texas ştatının Dallas şəhərindəki “Toyota” stadionunda keçiriləcək.

Qeyd edək ki, Bekhem 2007-2012-ci illərdə “Los-Anceles Qelaksi”də çıxış edib.

Bu müddətdə iki dəfə icarə əsasında “Milan”ın formasını geyinən keçmiş yarımmüdafiəçi Kaliforniya təmsilçisi ilə iki dəfə MLS çempionu olub, eyni sayda müntəzəm mövsümün qalibi adını qazanıb.

Bekhemlə yanaşı, Jozi Altidor, Lotar Osianer, Culi Bet Erts və Meqan Rapino da 2027-ci ildə Şöhrət Zalına daxil ediləcəklər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO