İşdə məhəbbət macərası: DOST Agentliyinin müdir müavini işdən çıxarıldı

İşdə məhəbbət macərası: DOST Agentliyinin müdir müavini işdən çıxarıldı

Hazırda oxunan: İşdə məhəbbət macərası: DOST Agentliyinin müdir müavini işdən çıxarıldı
647615
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

DOST Agentliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentinin müdir müavini Teymur Hacıyev Agentliyin Müşahidə Şurasının sədri, eyni zamanda əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyevə açıq məktubla müraciət edib.

Bizim.Media "Trend"ə istinadən xəbər verir ki, Teymur Hacıyev sosial şəbəkə hesabındakı paylaşımında əmək müqaviləsinə xitam verilməsi ilə bağlı qərara etiraz edib.

O, töhmət əsasında işdən azad olunması üçün yetərli hüquqi əsasın olmadığını bildirib.

Məlumata görə, Teymur Hacıyevin işdən azad edilməsinə səbəb onun çalışdığı qurumda tabeliyində olan xanım əməkdaşlardan biri ilə sevgi münasibətləri yaşaması olub.

Belə ki, evli olan Teymur Hacıyevin DOST Agentliyində çalışan L.İ. adlı xanımla münasibətdə olduğu bildirilir. Onlar ayrıldıqdan sonra da Hacıyev israrla münasibətləri bərpa etməyə çalışıb.

Xanım əməkdaşın rəhbərliyə şikayətindən sonra daxili araşdırma aparılıb və hər iki əməkdaşın işdən azad edilməsi barədə qərar qəbul olunub.

Xatırladaq ki, T.Hacıyev açıq məktubunda barəsində aparılan xidməti araşdırmaların nəticələrinə və əmək müqaviləsinə xitam verilməsi ilə bağlı nəzərdə tutulan qərara etiraz edib.

O, barəsində irəli sürülən ittihamların xidməti araşdırma zamanı təsdiqini tapmadığını, buna baxmayaraq, işdən çıxarılması məsələsinin gündəmə gətirildiyini bildirib. T.Hacıyev noyabrın 4-də və 5-də öz ərizəsi ilə işdən ayrılması üçün təzyiqlərlə üzləşdiyini, əks halda əmək müqaviləsinə işəgötürənin təşəbbüsü ilə xitam veriləcəyi barədə xəbərdarlıq edildiyini də iddia edib.

O, məktubunda ailəsinin sosial vəziyyətinə də toxunub.

İki övlad atası olduğunu bildirən əməkdaş övladlarından birinin əlilliyi səbəbindən xüsusi təhsilə, reabilitasiyaya və davamlı dəstəyə ehtiyac duyduğunu qeyd edib. İşini itirəcəyi təqdirdə ailəsinin maddi vəziyyətinin pisləşəcəyini, övladının reabilitasiya imkanlarının çətinləşəcəyini vurğulayıb.

Qurum əməkdaşı əmək münasibətlərinə öz ərizəsi ilə xitam vermək niyyətində olmadığını və işini davam etdirmək istədiyini bildirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO