Rusiya-Ukrayna danışıqlarında Avropanı hansı ölkələr təmsil edəcək?

Rusiya-Ukrayna danışıqlarında Avropanı hansı ölkələr təmsil edəcək?

Hazırda oxunan: Rusiya-Ukrayna danışıqlarında Avropanı hansı ölkələr təmsil edəcək?
647612
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Avropa İttifaqı (Aİ), Almaniya, Fransa, Böyük Britaniya, İtaliya və Polşa Rusiya-Ukrayna münaqişəsinin nizamlanması ilə bağlı qarşıdakı danışıqlarda milli təhlükəsizlik üzrə müşavirlərlə təmsil olunacaq.

Bizim.Media xəbər verir ki, bu barədə “Bloomberg” Avropa İttifaqının yüksək vəzifəli nümayəndəsinə istinadən məlumat yayıb.

Məlumata görə, müvafiq qərar noyabrın 12-13-də Dublində keçirilən sammitlərin yekununda Avropa liderləri tərəfindən qəbul edilib.

Bununla belə, mümkün yüksək səviyyəli siyasi sülh danışıqlarında Avropanı konkret hansı şəxslərin təmsil edəcəyi hələlik məlum deyil.

Anonimlik şərti ilə danışan avropalı rəsminin sözlərinə görə, milli təhlükəsizlik üzrə müşavirlər gələcək müzakirələrdə texniki səviyyədə iştirak edəcəklər. Avropanı təmsil edəcək siyasi liderlərin təyin olunması ilə bağlı isə hələlik məlumat verilməyib.

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO