Salyan qəzası ilə bağlı YENİ DETALLAR - Ölənlər musiqiçinin ailə üzvləridir - FOTO

Salyan qəzası ilə bağlı YENİ DETALLAR - Ölənlər musiqiçinin ailə üzvləridir - FOTO

Hazırda oxunan: Salyan qəzası ilə bağlı YENİ DETALLAR - Ölənlər musiqiçinin ailə üzvləridir - FOTO
129193
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Dünən saat 15:45-də Ələt-Astara magistralının Salyandan keçən 26-cı kilometrliyində baş vermiş dəhşətli qəzada ölənlərin sayı 4-ə çatıb.

Bizim.Media qafqazinfo.az-a istinadən xəbər verir ki, 2001-ci il təvəllüdlü Dadaşov Əli Səfail oğlunun idarə etdiyi “Kamaz” markalı 42-BM-084 dövlət qeydiyyat nişanlı yük avtomobili ilə yolun kənarında dayanmış “Hyundai Accent”i vurması nəticəsində ağır yaralanan 2020-ci il təvəllüdlü Bağırov Bayxan Bayram oğlu da aldığı xəsarətlərdən xəstəxanada ölüb.
 

MÖVZU İLƏ BAĞLI:

Salyandakı dəhşətli qəza ilə bağlı cinayət İŞİ BAŞLANDI


Qəza nəticəsində 1972-ci il təvəllüdlü Bağırova Dilarə Ramil qızı, 1960-cı il təvəllüdlü Muradova Mirsəkinə Mirqiyam qızı və 1975-ci il təvəllüdlü Hüseynova Elnurə Adil qızı isə hadisə yerində ölüb.

Avtomobildə olan digər sərnişin, 1971-ci il təvəllüdlü Ağayeva Xannənə Qabil qızı, sürücülər - Hüseynov Elxan Ramil oğlu və Dadaşov Əli Səfail oğlu isə xəsarət alıblar.

Faktla bağlı BDYPİ-nin Yol-nəqliyyat hadisələrinə dair işlər üzrə İstintaq və təhqiqat şöbəsində cinayət işi başlanaraq istintaq aparılır.

Qeyd edək ki, qəzada həlak olanlar tanınmış sintezator ifaçısı Bayram Bağırsoyun ailə üzvləridir. Dilarə Bağırova onun anası, 3 yaşlı Bayxan isə oğludur.

Salyan qəzası ilə bağlı YENİ DETALLAR - Ölənlər musiqiçinin ailə üzvləridir - FOTO - foto 1
Salyan qəzası ilə bağlı YENİ DETALLAR - Ölənlər musiqiçinin ailə üzvləridir - FOTO - foto 2

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO