İcbari tibbi sığortada müştərək maliyyələşmənin tətbiqi bir il müddətinə təxirə salınıb

İcbari tibbi sığortada müştərək maliyyələşmənin tətbiqi bir il müddətinə təxirə salınıb

Hazırda oxunan: İcbari tibbi sığortada müştərək maliyyələşmənin tətbiqi bir il müddətinə təxirə salınıb
119210
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

İcbari tibbi sığortada müştərək maliyyələşmənin tətbiqi 2024-cü il yanvarın 1-dək təxirə salınıb.

Bizim.Media xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi “Tibbi sığorta haqqında” qanuna dəyişiklikdə əksini tapıb.

Qanun 2023-cü il yanvarın 1-dən qüvvəyə minib.

Qeyd edək ki, qanunvericiliyə əsasən, müştərək maliyyələşmə məbləği bu il yanvarın 1-dən ödənilməli idi.

Dəyişikliyə əsasən, sığortaolunan ilkin tibbi-sanitariya yardımına müraciət etmədən birbaşa ambulator-poliklinik, laborator, funksional-diaqnostik tibbi xidmətlərdən istifadə etdikdə sığortaolunan müştərək maliyyələşmə məbləği ödəməlidir.
Sığortaolunan icbari tibbi sığorta çərçivəsində tibbi xidmətlərdən istifadə etmək məqsədilə yönləndirildiyi tibbi ərazi bölməsindən kənar yerləşən dövlət tibb müəssisəsinə müraciət etdikdə müştərək maliyyələşmə məbləği ödəməlidir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO