İrandakı səfirliyimizə hücum zamanı yaralananların son vəziyyəti açıqlandı – RƏSMİ 

İrandakı səfirliyimizə hücum zamanı yaralananların son vəziyyəti açıqlandı – RƏSMİ 

Hazırda oxunan: İrandakı səfirliyimizə hücum zamanı yaralananların son vəziyyəti açıqlandı – RƏSMİ 

117410

“Azərbaycanın İrandakı səfirliyinə silahlı hücum zamanı yaralanmış hər iki əməkdaş həkim nəzarəti altındadır”.

Bizim.Media xəbər verir ki, bunu apa.az-a açıqlamasında Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə deyib.

O bildirib ki, yaralıların vəziyyəti yaxşıdır, durumları stabildir.

Xatırladaq ki, yanvarın 27-də Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycanın İrandakı səfirliyinə terror hücumu olub.Hücum edən şəxs avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib.
Səfirliyin iki mühafizə əməkdaşı hücumun qarşısını alarkən yaralanıblar. Hazırda hadisənin istintaqı aparılır.

Yanvarın 29-da isə yerli vaxtla 22:00 radələrində Azərbaycanın İrandakı səfirliyinin əməkdaşlarını və səfirliyə hücum zamanı şəhid olan Orxan Əsgərovun cənazəsini gətirən təyyarə Bakıda Heydər Əliyev Hava Limanına eniş edib. Ümumilikdə Tehrandan Bakıya 53 nəfər təxliyə edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO