
- A-
- A
- A+
Cəmiyyət
18:08 / 28.11.2015
2 dəq oxunma
Ramil Usubov Nardaranda həlak olmuş polisin yas mərasimində - FOTO
Hazırda oxunan: Ramil Usubov Nardaranda həlak olmuş polisin yas mərasimində - FOTO
108727
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın
Google-da bizim.media-ya abunə ol
Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin
Abunə ol
Tağıyevin 3 azyaşlı övladı var.
Bu gün daxili İşlər naziri, general-polkovnik Ramil Usubov Bakının Sabunçu rayonunun Nardaran qəsəbəsində həyata keçirilən xüsusi əməliyyat zamanı həlak olmuş polis serjantı, 1977-ci il təvəllüdlü İsmayıl Rəsul oğlu Tağıyevin Lənkəran şəhərində keçirilən yas mərasimində iştirak edib.
Moderator.az -ın APA-ya, naziri rəhbərlik etdiyi qurumun yüksək rütbəli zabitləri, həmçinin Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov və digər rəsmi şəxslər müşayiət ediblər. R.Usubov igid serjantın ailə üzləri ilə görüşərək onlara başsağlığı verib.
xa0
Qeyd edək ki, prezident İlham Əliyev həlak olmuş polis əməkdaşlarının “Azərbaycan Bayrağı”x9d ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb. Sərəncamda bildirilir ki, 2015-ci il noyabrın 26-da Bakı şəhərinin Nardaran qəsəbəsində Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi (DİN) tərəfindən keçirilmiş xüsusi əməliyyat nəticəsində təxribatlar, kütləvi iğtişaşlar və terror aktları törətməklə Azərbaycan Respublikasının konstitusiya quruluşunun zorla dəyişdirilməsini planlaşdıran və din pərdəsi altında fəaliyyət göstərən silahlı cinayətkar dəstə zərərsizləşdirilib. Xüsusi əməliyyat zamanı iki polis əməkdaşı qəhrəmancasına həlak olub.
xa0
Azərbaycanda ictimai-siyasi sabitliyin qorunmasında xüsusi xidmətlərinə və göstərdikləri cəsarətə görə polis serjantı İsmayıl Rəsul oğlu Tağıyev (ölümündən sonra) xa0və polis serjantı Vüqar Əyyub oğlu Nəsibov (ölümündən sonra) xa0“Azərbaycan Bayrağı”x9d ordeni ilə təltif ediliblər.
xa0
Onu da əlavə edək ki, İ. Tağıyev ağırlıqqaldırma üzrə Azərbaycan çempionu, idman ustası, beynəlxalq yarışların iştirakçısı, veteranlar arasında Avropa çempionu olub. Onun 3 azyaşlı övladı var.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.





























































































