Universitetlərin məşhur mətbuat katibləri – Siyahıda KİMLƏR VAR?

Universitetlərin məşhur mətbuat katibləri – Siyahıda KİMLƏR VAR?

Hazırda oxunan: Universitetlərin məşhur mətbuat katibləri – Siyahıda KİMLƏR VAR?

106076

Mətbuat katibi məmur deyil, amma məmurların və qurumların görünən simasıdır. Cəmiyyətimizdə qurumların fəaliyyətinə çox zaman mətbuat xidmətlərinin fəaliyyətinə görə qiymət verilir.

Buna səbəb də, ictimaiyyət ölkədə baş verənləri, yenilik və islahatlardan media vasitəsilə xəbərdar olur. Media qurumları isə onu proseslərdən xəbərdar etmək üçün qurumlarının mətbuat xidmətləri ilə bir araya gəlməli, əlaqə saxlamalı olurlar.

Mətbuat katibi təmsil etdiyi qurum haqqında davamlı məlumat yayımlayan, ictimai rəyi öyrənən və və onu formalaşdıran şəxsdir.

Bu mənada bütün zamanlarda sevilən və sevilməyən sözçülər olub. Və illər ötsə də, mətbuat katibləri bu və ya digər şəkildə xatırlanır. 

Bizim.Media bu marağı nəzərə alıb bir zamanlar ali təhsil müəsissələrində çalışmış mətbuat xidmətlərinin siyahısını hazırlayıb:

1. Pərvanə İbrahimova 20 il mətbuat xidmətində çalışıb. O, 2000-2010-ci illərdə BDU-nun Mətbuat xidmətində mütəxəssis, 2010-2020-ci illərdə isə Mətbuat xidmətinin rəhbəri olub. BDU-nun Beynəlxalq hüquq və beynəlxalq münasibətlər fakültəsinin beynəlxalq jurnalistika ixtisası üzrə bakalavr, magistratura pilləsini bitirən Pərvanə xanım doktorantura üzrə də təhsil alıb.

Siyasi elmlər üzrə fəlsəfə doktoru olan Prəvanə İbrahimova hazırda BDU-nun Jurnalistika fakültəsinin dosenti və Medianın İnkişafı Agentliyinin ekspertidir.
2. Rasim Şərifov da bir müddət İqtisad Universitetinin mətbuat üzrə departament rəisi olub. Hazırda isə ARB-də jurnalist fəaliyyətini davam etdirir.

3. İqtisad Universitetində mətbuat katibi işləmiş daha bir jurnalist isə Vüsalə Məmmədovadır. Vüsalə xanım hazırda İTV-dəki "Sabaha saxlamayaq" verilişinin müəllifi və aparıcısıdır.

4. Araz Ağayev isə bir müddət Azərbaycan Dillər Universitetinin mətbuat katibi işləyib. Vətən müharibəsi iştirakçısıdır. Hazırda "Vergilər" qəzetində çalışır.

5. Mənsur İbrahimov. O, 2006-ci il oktyabr ayının 5-dən 2019-cu il sentyabr ayının 30-dək Azərbaycan Dövlət Pedaqoji Universitetinin İctimaiyyətlə əlaqələr və marketinq şöbəsinin müdiri vəzifəsində işləyib.

2019-cu il oktyabr ayının 1-dən 2022-ci il aprel ayının 4-dək Bakı Slavyan Universitetinin Mətbuat və informasiya şöbəsinin müdiri olub. Hazırda Bakı Slavyan Universitetinin Mətbuat və informasiya mərkəzinin baş mütəxəssisidir.

6. Mədəd Məmmədov ən uzunömürlü mətbaut katiblərindəndir. O, 20 ilə yaxın Bakı Biznes Universitetinin mətbuat katibi işləyib. 2020-ci ildə bu vəzifəsindən ayrılan Mədəd müəllim hazırda Jurnalistlərin həmrəyliyi komitəsinin sədri kimi fəaliyyətini davam etdirir.

7. Yusif Ağayev də uzun müddət mətbuat katibi işləyənlər sırasında yer alıb. O 10 ilə yaxındır ki, Prezident yanında Dövlət İdarəçilik Akademiyasının sözçüsüdür.

8. Rəcəb Rza uzun illər Qafqaz daha sonra isə Mühəndislik Universitetinin mətbuat katibi işləyib. Hazırda harada işləməsi ilə bağlı məlumat yoxdur.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO