
- A-
- A
- A+
Bakı və Sumqayıtda obyekt YANIB – FHN
Bakı şəhərinin Sabunçu rayonunda ümumi sahəsi 50 m² olan birmərtəbəli 2 otaqlı tikilinin (qeyri-yaşayış, ofis kimi istifadə olunur) 1 otağının, dəhlizinin yanar konstruksiyaları 30 m² sahədə və içərisində olan əşyalar yanıb.
Bizim.Media xəbər verir ki, bu barədə FHN-nin məlumatında bildirilib.
Məlumata görə, tikilinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Sumqayıt şəhərində isə ümumi sahəsi 22 m² olan birmərtəbəli obyektin (market kimi fəaliyyət göstərir) yanar konstruksiyaları 5 m² sahədə, içərisində olan 1 ədəd kondisioner və qismən əşyalar yanıb.
Bildirilib ki, obyektin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Bizim.Media
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

































































































