"Ermənistan normallaşma prosesi üzrə beynəlxalq səylərə maneçilik törədir" - Ceyhun Bayramov - FOTO 

Hazırda oxunan: "Ermənistan normallaşma prosesi üzrə beynəlxalq səylərə maneçilik törədir" - Ceyhun Bayramov - FOTO 
96547
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

"Ermənistan normallaşma prosesi üzrə beynəlxalq səylərə maneçilik törədir". 

Bizim.Media verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Fransa Prezidenti Kabinetinin kontinental Avropa və Türkiyə üzrə müşaviri İzabel Dümon ilə görüşündə deyib. 

Görüş zamanı Azərbaycanla Fransa arasında ikitərəfli siyasi və iqtisadi əməkdaşlıq məsələləri, Azərbaycanla Ermənistan arasında bölgədə yaranmış gərginlik və normallaşma prosesi istiqamətində zəruri addımlar müzakirə olunub. 

Nazir Ermənistan tərəfindən sərhədyanı bölgələrdə təxribatlar barədə ətraflı məlumat verib. Nazir Ermənistanın liderlər səviyyəsində əldə edilmiş razılıqlar çərçivəsində öhdəliklərini yerinə yetirmədiyini bildirib.

C.Bayramov bölgədə sabitliyin təmin olunması, Ermənistan ilə kommunikasiyaların açılması, delimitasiya prosesi və sülh sazişinin imzalanması barədə ölkəmizin mövqeyini qarşı tərəfin diqqətinə çatdırıb. 
Fransa tərəfi bölgədə vəziyyətin sabitləşməsinin, atəşkəsə əməl edərək, normallaşma prosesinin və danışıqların bərpa olunmasının zəruriliyini vurğulayıb. Fransa tərəfinin qeyd edilən prosesdə dəstək göstərməyə hazır olduğunu qeyd edib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO