Ceyhun Bayramov Nyu-Yorkda 12-14 sentyabr toqquşmalarından danışdı - VİDEO

Ceyhun Bayramov Nyu-Yorkda 12-14 sentyabr toqquşmalarından danışdı - VİDEO

Hazırda oxunan: Ceyhun Bayramov Nyu-Yorkda 12-14 sentyabr toqquşmalarından danışdı - VİDEO
95645
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

“Brüsseldə Azərbaycan və Ermənistan liderlərinin görüşündən sonra Ermənistan növbəti təxribata əl atdı”.

Bizim.Media xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Nyu-Yorkda BMT Baş Assambleyasının 77-ci sessiyasının ümumi müzakirələri çərçivəsində çıxışı zamanı deyib.

“Ermənistan sentyabrın 12-dən 13-nə keçən gecə iki dövlət arasında delimitasiya olunmamış sərhəd boyunca növbəti hərbi təxribata əl atıb.

Nəticədə Azərbaycan tərəfində 80 hərbçi həlak olmuş, 282 hərbçi və 2 mülki şəxs yaralanmışdır. Azərbaycan bu təxribata cavab olaraq öz suverenliyinə və ərazi bütövlüyünə qarşı təhdidin neytrallaşdırılması üçün adekvat tədbirlər görüb.

Nəhayət, atəşkəs Ermənistan və Azərbaycan arasında birbaşa rabitə kanalları vasitəsilə sentyabrın 14-də saat 20:00-dan etibarən bərpa edilib və hər iki tərəfin də təsdiq etdiyi kimi, atəşkəs davam etdirilir”,  deyə o, qeyd edib.

Bizim.Media

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO