Ceyhun Bayramov həmkarı ilə Ermənistanın mina təhdidlərini MÜZAKİRƏ ETDİ - FOTO

Ceyhun Bayramov həmkarı ilə Ermənistanın mina təhdidlərini MÜZAKİRƏ ETDİ - FOTO

Hazırda oxunan: Ceyhun Bayramov həmkarı ilə Ermənistanın mina təhdidlərini MÜZAKİRƏ ETDİ - FOTO
95621
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

“Sloveniyanın xarici işlər naziri Tanja Fajon bildirib ki, Azərbaycanla minasızlaşdırma sahəsində əməkdaşlıq genişləndirilməlidir”.

Bizim.Media xəbər verir ki, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin  məlumatına görə, bu barədə Sloveniyanın xarici işlər naziri Tanja Fajon Nyu Yorkda BMT Baş Assambleyasının 77-ci sessiyasının yüksək səviyyəli həftəsi çərçivəsində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla görüşündə deyib.

İkitərəfli siyasi və iqtisadi əməkdaşlığın əhəmiyyətli rol oynadığını deyən nazir, iqtisadi fəaliyyət, investisiya qoyuluşu, turizm və digər sahələrdə əlaqələri inkişaf etdirmək üçün imkanların araşdırılmasının zəruriliyini qeyd edib.

Nazir görüş zamanı, Ermənistanın ölkəmizə qarşı təcavüzünün tarixi, post-münaqişə dövründə Ermənistanın təxribatları, bölgədəki genişmiqyaslı mina təhdidləri barədə məlumat verib.

Azərbaycanla Sloveniya arasında dostluq əlaqələrinin mövcud olduğunu qeyd edən Sloveniya xarici işlər naziri iqtisadi və energetika sahəsində əlaqələrin genişləndirilməsi üçün marağın olduğunu bildirib.

Nazir Sloveniyanın minasızlaşdırma sahəsində Azərbaycanla əməkdaşlıq etdiyini diqqətə çatdırıb. O, bölgəmizdə yaranmış gərginliyə görə narahatlığını diqqətə çatdırıb və problemlərin siyasi-diplomatik müstəvidə həllinin zəruri olduğunu qeyd edib.

Görüş zamanı ölkələrimiz arasında ikitərəfli siyasi dialoqun davam etdirilməsinin vacibliyi vurğulanıb, bir sıra regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO