Əli Əsədov Qırğızıstan Nazirlər Kabinetinin sədri ilə görüşdü - FOTO

Əli Əsədov Qırğızıstan Nazirlər Kabinetinin sədri ilə görüşdü - FOTO

Hazırda oxunan: Əli Əsədov Qırğızıstan Nazirlər Kabinetinin sədri ilə görüşdü - FOTO
90462
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Qırğızıstanda işgüzar səfərdə olan Azərbaycanın Baş naziri Əli Əsədov avqustun 25-də Çolpon-Ata şəhərində Qırğızıstanlı həmkarı Akılbek Japarov ilə görüşüb.

Nazirlər Kabinetindən Bizim.Media-ya verilən xəbərə görə, görüşdə Azərbaycan ilə Qırğızıstan arasında müxtəlif sahələrdə əlaqələrin inkişafından məmnunluq ifadə olunub.

İkitərəfli münasibətlərin yüksək səviyyəyə çatmasında dövlət başçılarının qarşılıqlı səfərlərinin və bu səfərlər zamanı imzalanmış sənədlərin xüsusi önəm daşıdığı bildirilib.
 

MÖVZU İLƏ BAĞLI:

Əli Əsədov belaruslu həmkarı ilə MÜZAKİRƏLƏR APARDI


Bu baxımdan cari ilin aprel ayında Qırğızıstan Prezidentinin Azərbaycana rəsmi səfəri çərçivəsində dövlət başçıları tərəfindən imzalanmış “Azərbaycan Respublikası və Qırğız Respublikası arasında Strateji Tərəfdaşlıq haqqında Bəyannamə”nin və digər sənədlərin iki ölkə arasında münasibətləri yeni səviyyəyə qaldıracağına əminlik ifadə olunub.

Görüşdə, həmçinin Azərbaycan-Qırğızıstan qarşılıqlı faydalı əməkdaşlığının siyasi, ticari-iqtisadi, nəqliyyat-tranzit, kənd təsərrüfatı, humanitar, mədəni və digər sahələrdə daha da inkişaf etdirilməsi perspektivləri geniş müzakirə olunub.

Bizim.Media

Əli Əsədov Qırğızıstan Nazirlər Kabinetinin sədri ilə görüşdü - FOTO - foto 1

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO