Faiq Ağayevdən küsülü olduğu şəxslərə çağırış - Video

Faiq Ağayevdən küsülü olduğu şəxslərə çağırış - Video

Hazırda oxunan: Faiq Ağayevdən küsülü olduğu şəxslərə çağırış - Video
650076
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Xalq artisti Faiq Ağayev küsülü olduğu insanlarla barışmağa hazır olduğunu bildirib. 

Bizim.Media xəbər verir ki, müğənni bu barədə “Qonaqcanlı” verilişində danışıb:

“20-ci əsrdən 21-ci əsrə keçəndə dedim ki, qucağımı açmışam, heç bir şərt də qoymuram. Kim mənimlə barışmaq istəyirsə, gəlsin, mən hazıram. Mənimlə bağlı nə probleminiz varsa, hesab edin ki, bağışladım, yadımdan çıxartdım. Siz də mənimlə bağlı nə varsa, yadınızdan çıxarın. Nədənsə, bu şansdan yararlanmadılar. Amma barışdıqlarım olub. Bu gün də həmin sözü deyirəm.

Məsələn, Xalq artisti Aygün Kazımova ilə barışdıq. Bizim şikarımız tamaşaçı sevgisidir. Heç kim öz tamaşaçı kütləsini başqasına vermək istəmir. Ona görə də adətən səhnə bizə dar gəlir. Sənətdə də, idmanda da belədir, rəqabətdir.

Əgər mənimlə küsülü olan insan haradasa, qəfildən, heç gözlənilmədən mənə yaxınlaşsa, məni qucaqlayıb öpmək istəsə, həmin dəqiqə, həmin saniyə onunla barışacağam”. (axsam.az)


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO