Musiqi müəllimlərinin nəzərinə: Sertifikasiya imtahanı keçiriləcək

Musiqi müəllimlərinin nəzərinə: Sertifikasiya imtahanı keçiriləcək

Hazırda oxunan: Musiqi müəllimlərinin nəzərinə: Sertifikasiya imtahanı keçiriləcək
650070
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Dekabrın 5–6-da Bakıda Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən incəsənət təhsili müəssisələrində çalışan təhsilverənlərin sertifikatlaşdırılması üzrə test imtahanı keçiriləcək.

Bu barədə Bizim.Media-ya Mədəniyyət Nazirliyindən bildirilib. 

Məlumata görə, imtahanda Dağlıq Şirvan, Qazax-Tovuz, Şəki-Zaqatala və Şərqi Zəngəzur regional mədəniyyət idarələrinin tabeliyindəki təhsil müəssisələrindən 1 824 təhsilverənin iştirakı nəzərdə tutulur.

Test imtahanı Bakı şəhəri, Binəqədi rayonu, Süleyman Sani Axundov küçəsi 50 ünvanında yerləşən Elektron imtahanlar korpusunda üç sessiyada təşkil olunacaq.

Belə ki, 5 dekabr, saat 10:00 — musiqi nəzəriyyəsi, rəssamlıq və xoreoqrafiya; ⁠5 dekabr, saat 15:00 — qarmon, tar, xor, xanəndəlik, kamança, saz, nağara, violin, klarnet və balaban, 6 dekabr, saat 11:00 — fortepiano ixtisasları üzrə.

İştirakçılara imtahanın tarixi, saatı və yeri barədə fərdi bildirişlər MyCulture şəxsi kabinetlərinin “Bildirişlər” bölməsinə göndərilib. Test və müsahibə proqramları, iştirakçının yaddaş kitabçası və digər məlumatlar isə “Sertifikatlaşdırmaya hazırlıq” bölməsində yerləşdirilib.

Bildirilib ki, iştirakçılar imtahanın başlanmasına 1 saat 30 dəqiqə qalmış binada olmalı, şəxsiyyətlərini təsdiq edən sənədi və imtahana buraxılış vərəqəsini özləri ilə gətirməlidirlər.

Kompüter vasitəsilə və təhsilverənin tədris apardığı dildə keçiriləcək imtahanda hər iştirakçıya 60 sualdan ibarət fərdi test variantı təqdim olunacaq. İxtisas, tədris proqramları, tədris metodikası və etik davranış qaydalarını əhatə edən sualların cavablandırılması üçün 120 dəqiqə ayrılacaq.

Hər düzgün cavab 1 balla qiymətləndiriləcək, səhv və cavabsız suallar toplanan balı azaltmayacaq. Nəticələr imtahan başa çatdıqdan dərhal sonra elan ediləcək. Azı 30 bal toplayan təhsilverənlər müsahibə mərhələsinə buraxılacaqlar.

Sertifikatlaşdırma Nazirlər Kabinetinin 21 iyul 2026-cı il tarixli 227 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət uşaq musiqi, incəsənət, rəssamlıq məktəblərində və bu qəbildən olan digər dövlət təhsil müəssisələrində işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası”na uyğun aparılır. Test və müsahibə mərhələlərindən ibarət proses təhsilverənlərin peşəkarlıq səviyyəsinin və pedaqoji fəaliyyətə yararlılığının qiymətləndirilməsi məqsədi daşıyır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO