"Neftçi" "Zirə"yə, "Şəfa" "İmişli"yə qalib gəldi

"Neftçi" "Zirə"yə, "Şəfa" "İmişli"yə qalib gəldi

Hazırda oxunan: "Neftçi" "Zirə"yə, "Şəfa" "İmişli"yə qalib gəldi
650074
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Bu gün Misli Premyer Liqasında 13-cü tura start verilib.

Bizim.Media xəbər verir ki, ilk gündə 2 matç keçirilib.

Əvvəlcə "İmişli" "Şəfa"nı qəbul edib. Oyun qonaqların 3:1 hesablı qələbəsi ilə başa çatıb. Bu, "Şəfa"nın mövsümdə 2-ci qələbəsidir.

Turun mərkəzi matçında isə lider "Neftçi" "Zirə" ilə üz-üzə gəlib. Oyunda Yuri Vernidubun komandası Rəşad Sadıqovun kollektivinə qalib gəlib.

İlk dövrədə keçirilən oyunda "Zirə" "Neftçi"ni üstələmişdi - 1:0.  Bu, "Neftçi"nin cari mövsümdə yaganə məğlubiyyəti olub.

27 noyabr

Misli Premyer Liqası, 13-cü tur

19:00. "Neftçi" – "Zirə" - 1:0 

Qol: Breno Almeyda, 8

Hakimlər: Tural Qurbanov, Cəmil Quliyev, Asiman Əzizli, Elvin Bayramov, Kamal Umudlu (VAR),  Şirmamed Mamedov (AVAR)

"Palms Sports Arena"

14:30. "İmişli" – "Şəfa" - 1:3

Qollar: Elnur Cəfərov, 14 (0:1), 29 (0:2), Ronaldo de Souza, 41 (1:2), Musa Quel, 56 (1:3)

Hakimlər: Fərid Hacıyev, Rəhman İmami, Tərlan Talıbzadə, İslam Məmmədov, Nicat İsmayıllı (VAR), Zöhrab Abbasov (AVAR)

Yevlax şəhər stadionu

28 noyabr

"Turan Tovuz" – "Kəpəz"

"Sabah" – "Araz-Naxçıvan"

29 noyabr

"Şamaxı" – "Qəbələ"

"Qarabağ" – "Sumqayıt"

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO