Brokoli, yoxsa gül kələm - Hansı daha faydalıdır?

Brokoli, yoxsa gül kələm - Hansı daha faydalıdır?

Hazırda oxunan: Brokoli, yoxsa gül kələm - Hansı daha faydalıdır?
650077
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Dietoloq Mişel Rutenşteyn brokoli və gül kələminin sağlamlıq üçün faydalarını müqayisə edib.

Bizim.Media xəbər verir ki, mütəxəssis bu tərəvəzlərin xüsusiyyətləri barədə “Eating Well” nəşrinə danışıb.

Dietoloqun sözlərinə görə, həm brokoli, həm də gül kələmi tərkibindəki lif, kalium, C vitamini və təbii bitki birləşmələri – qlükozinolatlar sayəsində ürək sağlamlığı üçün faydalıdır.

Rutenşteyn bildirib ki, liflə zəngin qidaların çox istehlak edilməsi qan təzyiqinin aşağı düşməsinə və orqanizmdə iltihabın azalmasına kömək edir.

Bununla yanaşı, brokolinin tərkibində qlükorafanin adlı bitki birləşməsi var. Orqanizm bu maddəni sulforafana çevirə bilir. Alimlərin ehtimallarına görə, sulforafan damar sağlamlığına müsbət təsir göstərə bilər.

Brokoli həmçinin antioksidant xüsusiyyətlərə malik beta-karotinin mənbəyidir. Bu maddə orqanizmi oksidləşdirici zədələnmələrdən qorumağa və iltihabı azaltmağa kömək edir.

Lakin dietoloq bəzi insanlara brokolini həddindən artıq istehlak etməməyi tövsiyə edib. Belə ki, bu tərəvəz K vitamini ilə zəngindir. Onun yüksək miqdarda qəbulu qan durulaşdırıcı preparatlardan istifadə edən insanlar üçün problem yarada bilər.

Gül kələminin xüsusiyyətlərindən danışan mütəxəssis isə onun brokoli ilə müqayisədə daha az kalorili olduğunu vurğulayıb.

Dietoloq tədqiqatların nəticələrinə istinad edərək, xaççiçəklilər fəsiləsinə aid tərəvəzlərin və gül kələminin qarışığının istehlakının yeməkdən sonra qanda şəkərin səviyyəsini və sistolik qan təzyiqini azaltmağa kömək etdiyini bildirib.

“Bu, vacibdir. Çünki qanda şəkərin səviyyəsinin xroniki olaraq yüksək olması ürək xəstəlikləri riskini artıra, oksidləşdirici stressə, iltihaba və qan damarlarının zədələnməsinə səbəb ola bilər”, – deyə Rutenşteyn əlavə edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO