Prezident Azərbaycanla Türkmənistan arasında bir sıra sənədləri TƏSDİQLƏDİ

Prezident Azərbaycanla Türkmənistan arasında bir sıra sənədləri TƏSDİQLƏDİ

Hazırda oxunan: Prezident Azərbaycanla Türkmənistan arasında bir sıra sənədləri TƏSDİQLƏDİ

632312

“Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında iqtisadi əməkdaşlığın inkişafı və dərinləşdirilməsinin əsas istiqamətləri haqqında Saziş” təsdiqlənib.

Bizim.Media xəbər verir ki, Prezident İlham Əliyev bu barədə Fərman imzalayıb.

Həmçinin digər Fərmanla “Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında müdafiə sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu” təsdiq edilib.

Eyni zamanda müavfiq Fərmanla “Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında energetika sahəsində əməkdaşlıq haqqında Saziş” təsdiqlənib.
 

Bunlarla yanaşı Prezidentin digər Fərmanı ilə “Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi ilə Türkmənistanın Dövlət Gömrük Xidməti arasında qarşılıqlı ticarətin gömrük statistikası sahəsində əməkdaşlıq haqqında Protokol” da təsdiqlənib.


Habelə digər Fərmanla “Аzərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında qida təhlükəsizliyi sahəsində əməkdaşlıq haqqında Saziş” təsdiq edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO