Xankəndi ilə Rumıniyanın Baia Mare şəhəri qardaşlaşır – FOTO

Xankəndi ilə Rumıniyanın Baia Mare şəhəri qardaşlaşır – FOTO

Hazırda oxunan: Xankəndi ilə Rumıniyanın Baia Mare şəhəri qardaşlaşır – FOTO

631253

14 avqustda Rumıniyada rəsmi səfərdə olan Xankəndi şəhəri, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Elçin Yusubovun rəhbərlik etdiyi nümayəndə heyətinin bu ölkənin Maramureş vilayətinin paytaxt şəhəri Baia Marenin meri İoan Doru Denkuş ilə görüşü keçirilib.

Bizim.Media xəbər verir ki, görüşdə Baia Mare və Xankəndi şəhərləri arasında əlaqələrin qurulması və inkişafı, birgə layihələrin həyata keçirilməsi, təcrübə mübadiləsi və digər qarşılıqlı fayda doğuran məsələlər müzakirə mövzusu olub.

Baia Marenin meri İoan Doru Dencuş Azərbaycan, o cümlədən Qarabağ bölgəsi ilə əlaqələrin inkişafı üçün konkret istiqamətlərin müəyyənləşdirməsini, Azərbaycan şirkətləri ilə tərəfdaşlıq əlaqələrinin qurulmasını və qarşılıqlı investisiya imkanlarının dəyərləndirməsini təklif edib. O, Qarabağ regionu ilə həmçinin mədəni, humanitar və idman sahələrində əməkdaşlığa maraqlı olduqlarını bildirib.
 

Xankəndi şəhəri, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Elçin Yusubov qarşı tərəfə dəvətə görə təşəkkürünü bildirərək, Xankəndi şəhərinin coğrafi yerləşməsi, füsunkar təbiəti və zəngin irsi baxımından Baia Mare şəhərinə oxşarlıqlarından söz açıb. O, həmçinin Azərbaycanın Qarabağ regionunun paytaxtı olaraq aparıcı rolunu vurğulayaraq, Xankəndi şəhərinin 270 illik zəngin tarixə malik olduğunu, 30 ildən artıq Ermənistan tərəfindən işğalda saxlanıldığını və Azərbaycan Ordusunun lokal xarakterli antiterror tədbirləri nəticəsində 2023-cü ilin sentyabr ayında azad olunduğu qarşı tərəfə çatdırıb.


Bunda əlavə, Elçin Yusubov Qarabağda həyata keçirilən iri miqyaslı tikinti, quruculuq və infrastruktur lahiyələri barədə söz açaraq, xarici investorlar üçün bölgədə yaradılan geniş imkanlardan danışıb. “Qarabağda həyata keçirilən miqyaslı layihələr uzunmüddətli strateji baxımından bütün region ölkələri, o cümlədən Avropa ölkələri üçün fayda daşıyır”- deyə, o qeyd edib.

Bundan əlavə, E.Yusubov Rumıniya tərəfini Azərbaycana, xüsusən Qarabağa rəsmi səfərə dəvət edib.

Görüşdə tərəflər Baia Mare və Xankəndi şəhərləri arasında qardaşlaşma haqqında sazişin imzalanması barədə razılığa gəliblər.

14 avqustda Rumıniyada rəsmi səfərdə olan Xankəndi şəhəri, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Elçin Yusubovun rəhbərlik etdiyi nümayəndə heyətinin Rumıniyanın Maramureş regionunun rəhbəri Qabriel-Valer Zatea ilə görüşü keçirilib.

Görüşdə Azərbaycan ilə Rumıniya arasında əlaqələrin inkişafı, xüsusən Qarabağ və Maramureş regionları arasında müxtəlif sahələri əhatə edən geniş əməkdaşlığın qurulması müzakirə mövzusu olub.
 

Görüş zamanı Azərbaycan tərəfi Rumıniyanın Maramureş regionu ilə əməkdaşlığa açıq olduğunu bildirərək, iqtisadi və investisiya sahələrini dəyərləndirmək məqsədilə, əlaqələrin inkişafı məqsədilə Maramureş regionunun rəhbəri Qabriel-Valer Zateanı Qarabağa rəsmi səfərə dəvət edib. Səfər çərçivəsində Qarabağda və Maramureşdə qarşılıqlı regionların günlərinin keçirilməsi, iki regionun iş adamlarının iştirakı ilə biznes forumun təşkili müzakirə olunub.


Rumıniyanın Maramureş regionunun rəhbəri Qabriel-Valer Zatea dəvəti qəbul edərək, regional səviyyədə əməkdaşlığın inkişafının iki ölkə arasında əlaqələrin daha da möhkəmləndirilməsinə töhfə verəcəyini bildirib. O, rəhbərlik etdiyi regionda həyata keçirilən layihələrdə Azərbaycan sərmayəçilərinin iştirakına böyük maraq göstərdiyini qeyd edib.

E.Yusubov öz növbəsində Azərbaycanın Avropa ölkələri ilə əməkdaşlığın, xüsusən strateji tərəfdaşlıq ələqələri olan Rumıniya ilə qarşılıqlı faydalı əməkdaşlığın inkişaf etdirilməsinin önəmini vurğulayıb. O, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə Qarabağın 30 ildən artıq davam edən işğaldan azad olunmasını və regionda dayanıqlı sülh və sabitlik mühitinin bərqərar olmasını tarixi nailiyyət kimi qiymətləndirib.















Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO