Azərbaycan hərbi diplomatları Bakıda bir araya gəldi - FOTO

Azərbaycan hərbi diplomatları Bakıda bir araya gəldi - FOTO

Hazırda oxunan: Azərbaycan hərbi diplomatları Bakıda bir araya gəldi - FOTO
630000
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Cari il üçün təsdiq olunmuş fəaliyyət planına əsasən, Azərbaycan Respublikasının xarici ölkələrdəki səfirliklərin nəzdində fəaliyyət göstərən hərbi attaşeləri və hərbi nümayəndələrinin iştirakı ilə illik iclas keçirilib.

Bizim.Media xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən bildirilib.
 

Tədbirin açılışında Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinin rəisi general-mayor Elçin Abdullayev çıxış edərək hərbi diplomatiyanın inkişafı, beynəlxalq hərbi əməkdaşlığın genişləndirilməsi və qarşıda duran mühüm vəzifələr barədə ətraflı məlumat verib.


İclasda hərbi attaşelərin və nümayəndələrin ötən dövr ərzində görülən işlər, aidiyyəti ölkələrlə ikitərəfli hərbi əməkdaşlığın mövcud vəziyyəti, eləcə də perspektiv fəaliyyət istiqamətləri üzrə hesabat məruzələri dinlənilib.

Görüşlərdə beynəlxalq hərbi əməkdaşlığın inkişafı perspektivləri müzakirə olunub və hərbi diplomatların qarşısında duran əsas vəzifələrə dair müvafiq tapşırıqlar verilib.

Tədbir çərçivəsində Müdafiə Nazirliyinin baş idarə və idarələri, eləcə də aidiyyəti dövlət qurumlarının nümayəndələri tərəfindən aktual mövzular barədə təqdimatlar təşkil olunub.

Sonra hərbi attaşelər və nümayəndələr Müdafiə Sənayesi Nazirliyinin “İqlim” Elmi-İstehsalat Müəssisəsini ziyarət edərək müəssisənin istehsal imkanları və yenilikləri ilə tanış olublar. Yekunda iştirakçılar Zəfər parkını ziyarət ediblər.

Azərbaycan hərbi diplomatları Bakıda bir araya gəldi - FOTO - foto 1
Azərbaycan hərbi diplomatları Bakıda bir araya gəldi - FOTO - foto 2
Azərbaycan hərbi diplomatları Bakıda bir araya gəldi - FOTO - foto 3

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO