Əli Nağıyev DTX Akademiyasının məzunlarını təbrik etdi – FOTO/VİDEO

Əli Nağıyev DTX Akademiyasının məzunlarını təbrik etdi – FOTO/VİDEO

Hazırda oxunan: Əli Nağıyev DTX Akademiyasının məzunlarını təbrik etdi – FOTO/VİDEO

623897

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Heydər Əliyev adına Akademiyasında məzunların növbəti buraxılışına həsr olunmuş təntənəli mərasim keçirilib.

Bizim.Media xəbər verir ki, bu barədə DTX-dən məlumat verilib.
 

Bildirilib ki, tədbirdə DTX-nin rəisi general-polkovnik Əli Nağıyev, xidmətin rəhbər əməkdaşları, təhlükəsizlik orqanlarının veteranları, Akademiyanın professor-müəllim heyəti, məzunlar və onların valideynləri iştirak ediblər.


Əvvəlcə ömrünün 25 ilini xüsusi xidmət orqanlarına həsr etmiş Azərbaycan təhlükəsizlik orqanlarının fəxri rəhbəri, Ulu Öndər Heydər Əliyevin Akademiyanın ərazisindəki abidəsinin önünə gül dəstələri düzülərək dahi şəxsiyyətin və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirələri dərin ehtiramla yad olunub, Dövlət Himni səsləndirilib.

Məzunlara diplomlar təqdim olunduqdan sonra general-polkovnik Əli Nağıyev gənc zabitləri təbrik edərək, Akademiyanın böyük inkişaf yolu keçdiyini və burada yüksəkixtisaslı kadr hazırlığı üçün hərtərəfli şəraitin yaradıldığını diqqətə çatdırıb.
 

Kursantların seçdikləri peşənin sirlərinə dərindən yiyələnmələrinin vacibliyini bildirən xidmət rəisi Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi və birbaşa dəstəyi sayəsində ölkəmizdə müasir çağırışlara cavab verən xüsusi xidmət orqanlarının formalaşdığını qeyd edib.


DTX rəisi dünyada cərəyan edən mürəkkəb geosiyasi proseslər fonunda ölkəmizdə sabitliyin etibarlı şəkildə qorunduğunu vurğulayaraq milli təhlükəsizliyin təmin olunması istiqamətində bundan sonra da bütün qüvvə və vasitələrin səfərbər ediləcəyini açıqlayıb.

General-polkovnik Əli Nağıyev gənc zabitlərin Ümummilli Liderin adını daşıyan Akademiyanın məzunları kimi gələcək fəaliyyətlərində unudulmaz şəxsiyyətin vətənpərvərlik irsini layiqincə yaşadacaqlarına əminliyini ifadə edib.

Təntənəli mərasim xatirə fotoşəklinin çəkilməsi ilə başa çatıb.














Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO