Prezident İslam İnkişaf Bankı Qrupunun sədrini qəbul etdi – FOTO/VİDEO

Prezident İslam İnkişaf Bankı Qrupunun sədrini qəbul etdi – FOTO/VİDEO

Hazırda oxunan: Prezident İslam İnkişaf Bankı Qrupunun sədrini qəbul etdi – FOTO/VİDEO
611472
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 6-da İslam İnkişaf Bankı Qrupunun sədri Məhəmməd Əl-Casirin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Bizim.Media xəbər verir ki, söhbət zamanı dövlət başçısının Məhəmməd Əl-Casirlə görüşləri məmnunluqla xatırlanıb, onun ölkəmizə səfərlərinin tərəfdaşlığın genişləndirilməsi işinə töhfə verdiyi bildirilib.

Azərbaycanla İslam İnkişaf Bankı arasında uzun illərdir səmərəli əməkdaşlığın qurulduğu vurğulanıb.
 

Bankın ölkəmizdə iqtisadiyyatın müxtəlif istiqamətlərində, həmçinin enerji, o cümlədən yaşıl enerji, kənd təsərrüfatı, su və irriqasiya sistemləri, infrastruktur və sosial sahələrdə bir sıra layihələr həyata keçirdiyi qeyd edilib.


Bu xüsusda vurğulanıb ki, 20-yə yaxın dövlət və özəl layihənin icrası üçün bank tərəfindən 1,2 milyard ABŞ dollarından çox vəsait ayrılıb.

Görüşdə bankın bu ilin iyununda Bakıda keçiriləcək İllik toplantılarına hazırlıq məsələləri müzakirə olunub.

Qonaq Ələt Azad İqtisadi Zonası ilə tanış olacağını, həmçinin Qarabağa səfər edəcəyini bildirib.

Söhbət zamanı ölkəmizlə bank arasında əməkdaşlığın mövcud vəziyyəti və perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb.


Prezident İslam İnkişaf Bankı Qrupunun sədrini qəbul etdi – FOTO/VİDEO - foto 1
Prezident İslam İnkişaf Bankı Qrupunun sədrini qəbul etdi – FOTO/VİDEO - foto 2
Prezident İslam İnkişaf Bankı Qrupunun sədrini qəbul etdi – FOTO/VİDEO - foto 3
Prezident İslam İnkişaf Bankı Qrupunun sədrini qəbul etdi – FOTO/VİDEO - foto 4
Prezident İslam İnkişaf Bankı Qrupunun sədrini qəbul etdi – FOTO/VİDEO - foto 5
Prezident İslam İnkişaf Bankı Qrupunun sədrini qəbul etdi – FOTO/VİDEO - foto 6


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO