Ehtiyatda olan zabitlərə 20-40 pətək arı verirlər...- Qarabağda (FOTO)

Ehtiyatda olan zabitlərə 20-40 pətək arı verirlər...- Qarabağda (FOTO)

Hazırda oxunan: Ehtiyatda olan zabitlərə 20-40 pətək arı verirlər...- Qarabağda (FOTO)

224047
İşğal altındakı Azərbaycan torpaqlarında qanunsuz fəaliyyət göstərən “Xani Haus”(“Arı evi”)xa0 şirkəti arıçılığın inkişafı, eyni zamanda ehtiyatda olan erməni zabitlərinə dəstək məqsədilə onlara bəsləmək üçün arı pətəkləri paylayır.xa0

Moderator.az yazır ki, bu haqda separatçı-terrorçu rejimin mediası xəbər yayıb.xa0 Arıçılıqla yeni məşğul olanlara 20, təcrübəlilərə isə 40 arı pətəyi paylanacaq. Paylanmanın hansı şərtlərlə aparılması haqda məlumat verilmir. Lakin şirkətin zabitlərlə mütəmadi əlaqə saxlayaraq onlara bal becərilməsində yardım göstərəcəyi bildirilir.xa0

Xəbərdə qeyd edilir ki, ermənilər tezliklə Azərbaycan torpaqlarında əldə etdikləri bal məhsullarını “Made in Artsakh” brendi iləxa0 xaricdə satmağı planlaşdırırlar...


Sultan Laçın

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO