Ermənistan Azərbaycanın qırmızı xəttini keçsə, nə olacaq? - VİDEO

Ermənistan Azərbaycanın qırmızı xəttini keçsə, nə olacaq? - VİDEO

Hazırda oxunan: Ermənistan Azərbaycanın qırmızı xəttini keçsə, nə olacaq? - VİDEO

180948

Uzun müddətdir ki, Ermənistan Qərbdə Azərbaycanın ona hücum edəcəyi imicini yaradır. Qərb mediası da bu təbliğatı sevə-sevə aparır. Sanki bəziləri Azərbaycanla Ermənistan arasında başlayacaq 3-cü müharibəni gözləyir. 

Bizim.Media xəbər verir ki, bu fikirlər İctimai televiziyanın hazırladığı süjetdə yer alıb.

“Düzdür, bu barədə Rusiyada da danışanlar az deyil. Amma Qərbdəkilərdən fərqli olaraq Şimalda bunu ekspertlər deyir. Hər halda Rusiyada Cozef Borrel kimi yaşlılıq sindromuna girən rəsmilər hələ ki, yoxdur. Azərbaycan Ermənistana hücum etmək istəsə, Almaniyada qarşı tərəflə niyə masaya otursun? Düzdür, o masadan hər an qalxa da bilərik. Berlin görüşünün ilk günü Ermənistan yenə təxribata əl atdı. Bu dəfə də hədəf Azərbaycan əsgəri oldu. Dumanlı havada yolu azaraq səhvən Ermənistana keçən əsgərimiz Ruslan Pənahov saxlanıldı. Ermənilər ona cinayət işi açdı. Ermənistanda Azərbaycan əsgərinin Azərbaycan üçün qırmızı xətt olduğunu yaxşı bilirlər. Şərti sərhəddə törətdikləri son təxribatda bunu onlara necə lazımdırsa izah etmişdik. Ermənilər bu təxribatı rusların üzərinə atırlar. Hətta Paşinyan hələ də anlamır ki, rus sərhədçilər əslində harada dayanmalıdır. Məsələ burasındadır ki, 2020-ci il müharibəsindən sonra Qarabağa Rusiya sülhməramlıları gəlmişdilər. Amma onlar nədənsə Azərbaycan-Ermənistan şərti sərhədlərində də peyda oldular. Bir zamanlar ruslara güvənən ermənilər indi onlardan qurtulmağın yolunu axtarırlar”, deyə süjetdə bildirilir.

Daha ətraflı süjetdə:

​​​​​​ Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO