Türkiyə bundan sonra da Azərbaycanı dəstəkləyəcək - Rəsmi Ankara

Türkiyə bundan sonra da Azərbaycanı dəstəkləyəcək - Rəsmi Ankara

Hazırda oxunan: Türkiyə bundan sonra da Azərbaycanı dəstəkləyəcək - Rəsmi Ankara
157456
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Bu gün prezident Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə Türkiyənin Milli Təhlükəsizlik Şurasının iclası keçirilib. İclasda dünyada və regionda baş verən siyasi hadisə və proseslər, eləcə də terrorla mübarizə və Şimali Kipr Türk Respublikasının beynəlxalq siyasətdəki yeri, Ukrayna-Rusiya müharibəsi, Suriyadakı vəziyyət və başqa məsələlər müzakirə edilib.

Bizim.Media Türkiyə mətbuatına istinadla xəbər verir ki, üç saat davam edən iclasın yekununa dair 8 maddədən ibarət sənəd qəbul edilib və yayılıb.

Sənədin 6 maddəsində bildirilib ki, Türkiyə bundan sonra da Azərbaycanı dəstəkləməkdə davam edəcək. Azərbaycanın Qarabağı işğaldan azad etməsi regionda sülhün davamlı təmin olunması üçün çox əhəmiyyətlidir. 

Türkiyə dövləti qeyd-şərtsiz Azərbaycanın ərazi bütövlüyünün tam təmin olunması ilə Ermənistanla sülh müqaviləsinin imzalanmasını məqbul hesab edir. 

Rəsmi Ankara Cənubi Qafqazda sabitliyin dayanıqlı olması üçün Azərbaycan ilə Ermənistan arasında sülh müqaviləsi imzalanmasını zəruri hesab edir. Türkiyə bu işə dəstək verəcək.

Türkiyə bundan sonra da Azərbaycanı dəstəkləyəcək - Rəsmi Ankara - foto 1

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO