
- A-
- A
- A+
Narkotik testi neqativ çıxan Burcu Özberkdən ilk açıqlama - Foto
İstanbulda məşhurlara qarşı aparılan narkotik istintaqı çərçivəsində saxlanılan aktrisa Burcu Özberkin testi neqativ çıxdıqdan sonra sosial şəbəkədə ilk paylaşımını edib.
Bizim.Media xəbər verir ki, İstanbul Baş Prokurorluğunun Qaçaqmalçılıq, Narkotik və İqtisadi Cinayətlərin İstintaqı Bürosunun apardığı istintaq üzrə saxlanılan 24 şübhəlidən 16-sının Ədliyyə Tibb Qurumundakı müayinələri yekunlaşıb. Nəticələrə əsasən, B.Özberklə yanaşı Özcan Deniz və Deniz Çakırın da testləri neqativ çıxıb.
Nəticələrdən sonra izləyicilərinə dəstəyə görə təşəkkür edən B.Özberk paylaşımında bu sözləri yazıb:
"Özümü dərk etməyin rahatlığı ilə yaxınlarımı qucaqlayır və həyatın gözəlliklərindən zövq almağa davam edirəm. Xoş mesajlarınıza və həmişə yanımda olduğunuza görə çox sağ olun".
Bizim.Media
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.






























































































