
- A-
- A
- A+
Rusiya iqtisadiyyatı 2021-ci ildə yüksələcək - BEYNƏLXALQ AGENTLİKDƏN PROQNOZ
"Fitch" beynəlxalq reytinq agentliyi, 2021-ci ildə Rusiyanın ümumi daxili məhsulunun (ÜDM) artım proqnozunu 0,6 faiz bəndi artıraraq 4,3%-ə yüksəldib.
Bizim.Media xəbər verir ki, Agentliyin iyun ayı proqnozu 3,7% idi.
Eyni zamanda, Fitch, Rusiyanın ÜDM artımına dair gözləntilərini 2022-ci üzrə 2,7%-də və 2023-cü il üzrə 2% səviyyəsində saxlayıb.
Agentlik 2021-ci ilin sonunda Rusiya Federasiyasında inflyasiyanı 6%, 2022-ci ildə 4,2%, 2023-cü ildə 4% səviyyəsində proqnozlaşdırır.
Proqnoza görə, Rusiya Federasiyası Mərkəzi Bankının əsas faiz dərəcəsi bu il hazırkı 6.75%-dən 7%-ə yüksələcək, 2022-ci ildə agentliyin analitikləri uçot dərəcəsinin 6%-ə, 2023-cü ildə 5.5%-ə düşməsini gözləyirlər.
Fitch analitikləri, neft qiymətlərinin və digər gəlirlərin ardıcıl olaraq yüksək olması səbəbindən Rusiya Federasiyasının büdcəsinin və valyuta ehtiyatlarının əhəmiyyətli dərəcədə möhkəmləndiyini də qeyd ediblər.
Bizim.Media
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.































































































