
- A-
- A
- A+
Sahil Babayev: "İƏT-ə üzv ölkələrdə işsizlik səviyyəsi pisləşib"
"Gənclər arasında işsizlik 15,8%-dir".
Bizim.Media xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin əmək nazirlərinin Bakıda keçirilən 5-ci konfransının Nazirlər Sessiyasında bildirib.
MÖVZU İLƏ BAĞLI:
Sahil Babayevə İƏT əmək nazirlərinin sədrliyi TƏQDİM OLUNDU
Nazir qeyd edib ki, bu gün ən inkişaf etmiş ölkələrlə yanaşı İƏT ölkələrində də çətin durumda yaşayan insanlar var:
“Yəni işsizlik durumu daha da pisləşib. Gənc əhalinin sayı İƏT ölkələrində 1,7% dir. Yəni ümumdünya göstəricilərinə görə, bizim ölkələrdə dinamik əhalinin sayı iki dəfə çoxdur. Gənclər arasında işsizlik 15,8%-dir. Bu çox önəmli siqnaldır. İnsan kapitalı, sosial, demoqrafik göstəricilər baxımından İƏT ölkələri əməkdaşlıq edərək sosial durumun yaxşılaşdırılmasına ciddi töhfələr verə bilər” - deyə nazir bildirib.
Nuranə Daxilqızı, Bizim.Media
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.































































































