Azərbaycanın xarici ticarət dövriyyəsi 39 milyard dolları ÖTDÜ – FOTO  

Azərbaycanın xarici ticarət dövriyyəsi 39 milyard dolları ÖTDÜ – FOTO  

Hazırda oxunan: Azərbaycanın xarici ticarət dövriyyəsi 39 milyard dolları ÖTDÜ – FOTO  
165576
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Beynəlxalq konyunkturun əlverişli olması və artan qeyri neft-qaz ixracı 2023-cü ilin yanvar-sentyabr ayları ərzində tədiyə balansının başlıca komponenti olan xarici ticarət balansının profisitli olaraq qalmasına əlverişli şərait yaradıb. 

Bizim.Media xəbər verir ki, bu barədə Mərkəzi Bankın 2023-cü ilin yanvar-sentyabr ayları üzrə Pul Siyasəti icmalında bildirilib. 

Dövlət Gömrük Komitəsinin (DGK) məlumatlarına istinad edilən icmalda qeyd edilir ki, 2023-cü ilin 9 ayında ölkənin xarici ticarət dövriyyəsi 39.1 mlrd. ABŞ dolları təşkil edir. Bunun da 26.5 mlrd. ABŞ dolları (və ya 67.7%-i) ixracın, 12.6 mlrd. ABŞ dolları (və ya 32.3%-i) isə idxalın payına düşüb. Xarici ticarət balansında 13.9 mlrd. ABŞ dollar məbləğində müsbət saldo əmələ gəlib. 
Ticarət dövriyyəsinin yarıdan çoxu İtaliya, Türkiyə, Rusiya, Çin, Almaniya, Yunanıstan, Hindistan, İspaniya, Türkmənistan və Gürcüstan kimi ölkələrin payına düşüb. 

Azərbaycanın xarici ticarət dövriyyəsi 39 milyard dolları ÖTDÜ – FOTO   - foto 1

Rövşən Ziya, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO