Ankara valisinə Şuşanın turizm potensialı və inkişafı barədə məlumat verilib - VİDEO 

Ankara valisinə Şuşanın turizm potensialı və inkişafı barədə məlumat verilib - VİDEO 

Hazırda oxunan: Ankara valisinə Şuşanın turizm potensialı və inkişafı barədə məlumat verilib - VİDEO 
164413
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

“Ankarada Şuşa mədəniyyət günləri” çərçivəsində noyabrın 14-də Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov Ankara valisi Vasip Şahinlə görüşüb. 

Bizim.Media xəbər verir ki, bu barədə Aydın Kərimov özünün “X” hesabında məlumat verib. 

O bildirib ki, çox səmimi və mehriban şəraitdə keçən görüşdə Türk dünyasının mədəniyyət paytaxtı olan Şuşa şəhərində aparılan bərpa-quruculuq işləri nəticəsində şəhərin geri qayıtmaqda olan əzəməti, turizm potensialı və inkişafı barədə danışılıb.  
Bununla yanaşı, bu gün Şuşanın beynəlxalq arenada tanınması istiqamətində atılmaqda olan addımlar və həyata keçirilən layihələr barədə də məlumat verilib.

Vasip Şahin Şuşa şəhərinə olan sevgisindən söz açıb və bu şəhərin inkişafı istiqamətində hər bir dəstəyə açıq olduğunu diqqətə çatdırıb. 

Sonda xatirə hədiyyələri təqdim olunub.
 


Ankara valisinə Şuşanın turizm potensialı və inkişafı barədə məlumat verilib - VİDEO  - foto 1
Ankara valisinə Şuşanın turizm potensialı və inkişafı barədə məlumat verilib - VİDEO  - foto 2
Ankara valisinə Şuşanın turizm potensialı və inkişafı barədə məlumat verilib - VİDEO  - foto 3

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO