Azərbaycan Qırğızıstanda beşulduzlu otel tikəcək

Azərbaycan Qırğızıstanda beşulduzlu otel tikəcək

Hazırda oxunan: Azərbaycan Qırğızıstanda beşulduzlu otel tikəcək
154662
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Azərbaycan İssık-Kulda beşulduzlu otel tikmək istəyir.

Bizim.Media xəbər verir ki, bu barədə Qırğızıstanın deputatı Dastan Bekeşev deyib.

“Büdcə komitəsində biz Azərbaycanla İssık-Kul gölünün sahilində beşulduzlu mehmanxana tikintisinə dair sazişə baxacağıq. Bunun üçün Nazirlər Kabineti ölkənin Kara-Oy kəndində 17 hektar torpaq sahəsi ayıracaq ki, bunun da 12 hektarı abadlaşdırılacaq, 4 hektarı park, 1 hektarı isə vətəndaşlar üçün əlçatan olan çimərlik zonasıdır”, - deyə deputat qeyd edib.

Onun sözlərinə görə, Nazirlər Kabineti pansionata infrastrukturun qurulması və yolun çəkilməsi, mehmanxananın 10 il müddətinə vergilərdən azad edilməsi, 49 il müddətinə torpaq sahəsinin istifadə müddətini uzatmaq hüququ ilə verilməsi barədə öhdəlik götürüb.
Öz növbəsində, Azərbaycan 3 il ərzində otel tikməyi və Qırğızıstandan olan işçilərin 70 faizini işlə təmin etməyi öhdəsinə götürür.

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO