Qazaxıstan və Azərbaycan ticarət dövriyyəsini 1 milyard dollara ÇATDIRACAQ

Qazaxıstan və Azərbaycan ticarət dövriyyəsini 1 milyard dollara ÇATDIRACAQ

Hazırda oxunan: Qazaxıstan və Azərbaycan ticarət dövriyyəsini 1 milyard dollara ÇATDIRACAQ
129935
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

“Səfəriniz çərçivəsində biz, şübhəsiz ki, ikitərəfli münasibətlərə güclü təkan verəcək Ali Dövlətlərarası Şuranın yaradılmasını gücləndiririk. Ticarət-iqtisadi əməkdaşlığımızda nəzərəçarpacaq irəliləyişi məmnunluqla qeyd etmək istərdim. Ticarət dövriyyəsi 40% artaraq yarım milyard dollara çatıb”.

Bizim.Media qazax mətbuatına istinadən xəbər verir ki, bu fikirləri Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Azərbaycan Prezidenti İlham Əliyev ilə geniş tərkibdə görüşdə deyib.
 

MÖVZU İLƏ BAĞLI:

İlham Əliyevin Qazaxıstana SƏFƏRİ BAŞLADI - FOTO


“Əminəm ki, iqtisadi potensialımız tam üzə çıxdıqdan sonra biz bu rəqəmi 1 milyard dollara çatdıra biləcəyik. Bunun üçün bizim enerji, nəqliyyat, logistika, informasiya texnologiyaları, kənd təsərrüfatı, sənaye və digər sahələrdə ciddi ehtiyatlarımız var”, - deyə dövlət başçısı əlavə edib.

Xatırladaq ki, bu gün Azərbaycan Prezidenti İlham Əliyev rəsmi səfərlə Astana şəhərinə gəlib və Prezident Qasım-Jomart Tokayevlə görüşüb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO